Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bildirdi

Ermənistan Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bildirdi
Kateqoriya məlum deyil
T

Ermənistan Türkiyə ilə sərhədlərin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açılmasına hazırdır.

 

Sfera.az xəbər verir k, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan yerli KİV-ə müsahibəsində deyib.

 

O bildirib ki, bunun üçün Ermənistanda infrastruktur tam hazırdır: “Hazırda Türkiyənin cavabını gözləyirik”.

 

Nazir müavininin sözlərinə görə, bu proses həm İrəvan- Ankara, həm də İrəvan-Bakı münasibətlərinin normallaşmasına müsbət təsir edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR