"Azad seçki məsuliyyətli cəmiyyətin göstəricisidir” - ŞƏRH
Azad seçki məsuliyyətli cəmiyyətin göstəricisidir. Seçki hər bir ölkənin həyatında mühüm hadisə olmaqla bərabər, idarəetmə sisteminin təkmilləşməsi üçün önəmli mərhələdir. Azərbaycanda gerçəkləşən islahatlar prosesinin tərkib hissəsi olan Prezident seçkiləri insanların düşüncəsində pozitiv əhval ruhiyyə yaradıb.
Sfera.az xəbər verir ki, bu barədə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib:
“Şübhəsiz ki, bu gün bizi vətəndaş olaraq düşündürən odur ki, bu seçki Azərbaycanın tarixində, demokratik ənənələrin möhkəmlənməsində əhəmiyyətli məqam olsun. Dünyada gedən proseslər, müharibələr, iqtisadi təlatümlər bir çox hallarda ədalətsizlikərdən qaynaqlanır. Ümumilikdə nəzər salsaq görərik ki, dünyada, o cümlədən Qərbdə liberal dəyərlər, demokratik prinsiplər mahiyyətini itirir. Əvəzində qorxulu millətçilik və antitürk əhval-ruhiyyəsi genişlənir. Düşünürəm ki, məhz belə məqamda beynəlxalq aləmdə davam edən mənfi tendendensiyalardan biz dövlət olaraq, millət olaraq özümüzü qorumağı bacaracağıq”.
Əkrəm Baydəmirli bildirib ki, ən əsası regiona sabitlik, sülh, inkişaf gətirə biləcək modeli tətbiq etmək imkanı yaranacaq.
"Təbii ki, seçki bu yolda strateji hədəflərdən biridir. Digər tərəfdən azad seçki məsuliyyətli cəmiyyətin göstəricisidir”.
Ülkər Abdurahmanlı