İlqar Məmmədov həbsdə qaldı

İlqar Məmmədov həbsdə qaldı
 
Bu gün  "REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının  müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə keçirilib.
Sfera.az-ın Lent.az-a istinadən məlumatına görə, Ali Məhkəmədə  hakim  Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti təmin olunmayıb.
 
Qeyd edək ki, Kassasiya şikayətində adı çəkilən şəxslər barəsində olan hökmün ləğv edilməsi və İ.Məmmədovun azadlığa buraxılması barədə məsələlər qeyd olunub.
 
Xatırladaq ki, T. Yaqublu və İ. Məmmədov İsmayıllı hadisələri ilə bağlı həbs olunublar.
 
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Məmmədov 7 il, Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə təmin edilməyib. 
 
T. Yaqublu prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.


OXŞAR XƏBƏRLƏR