ABŞ-İran arasında QARŞIDURMA: “Rəsmilər hədəf ola bilər”

Vaşinqton Yaxın Şərqdəki bazasına hücuma cavab vermək üçün müxtəlif variantları, o cümlədən İrana qarşı gizli əməliyyat imkanlarını nəzərdən keçirir.
Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ İran rəsmilərini hədəf ala bilər. Həmçinin, son hadisənin Vaşinqtonla Tehran arasında birbaşa qarşıdurmaya səbəb ola biləcəyi vurğulanır.
Xatırladaq ki, yanvarın 28-də İordaniyanın şimal-şərqində pilotsuz uçuş aparatı ilə ABŞ hərbi bazasına hücum edilib. Hadisə nəticəsində üç ABŞ hərbçisi ölüb, 34-ü yaralanıb, onlardan 8-i ölkədən təxliyə edilib. Daha sonra İordaniyanın rabitə naziri Muhannad Mubaidin Baydenin ABŞ qüvvələrinin ölkə ərazisində hücuma məruz qalması ilə bağlı bəyanatını təkzib edib. O, Suriyanın İordaniya sərhədi yaxınlığında yerləşən Əl-Tanf bazasına hücum edildiyini bildirib.
Firuzə Əliyeva