“Ukrayna savaşı müvəqqəti dayandırıla bilər” - AÇIQLAMA 

“Ukrayna savaşı müvəqqəti dayandırıla bilər” - AÇIQLAMA 

“Ukraynanın işi getdikcə çətinləşir. Əsas səbəb ABŞ-nin müharibə ilə bağlı tutduğu mövqedir”.

 

Bunu Sfera.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

 

Onun sözlərinə görə, rəsmi Kiyevə silah tədarükü qələbə qazanmağa yox, sadəcə müqavimət göstərməyə hesablanıb:

 

“Ukrayna son zamanlar Rusiya ərazisinə hava, raket zərbələrini intensivləşdirib. Bu isə Kiyevə həm də psixoloji üstünlük qazandırır. Lakin yayılan məlumatlardan məlum olur ki, Rusiya tutduğu ərazilərdə qismən olsa da irəliləyə bilir. Çox güman, bu, Rusiyanın həm şəxsi heyət, həm də texnika baxımından daha çox gücə malik olması ilə bağlıdır. Həm Moskvanın, həm də Kiyevin verdiyi açıqlamalardan belə məlum olur ki, müharibə yaxın gələcəkdə başa çatmayacaq. Ümumiyyətlə, müharibənin taleyi ilə bağlı tərəflərin iradələri getdikcə azalır, ABŞ-nin rolu isə artır. Vaşinqton Kiyevi silahlandırmaqla Ukraynanı döyüşü davam etdirməyə vadar edir. Moskva isə, əlbəttə, adekvat cavab verməyə məcburdur”.

 

Müsahibimiz bildirib ki, Rusiya Ukraynada yeni torpaqlar ələ keçirməkdən ötrü bütün imkanlardan istifadə edəcək:

 

“İstisna deyil ki, Rusiya bu müharibədən qalib çıxsa, qonşu dövlətlərə də hücum edəcək. Bir çox siyasiləri bu ssenari narahat edir. Yaxın vaxtda atəşkəsin olması gözlənilmir. Digər tərəfdən, ABŞ-də prezident seçkiləri yaxınlaşır. Bu ərəfədə Ağ Evin prioriteti seçkilərdir. Ola bilsin, Ukraynaya maliyyə vəsaitinin ayrılmasında qənaətə ehtiyac var. Bu, ABŞ-ni müvəqqəti olaraq Ukraynada atəşkəsin əldə olunması barədə düşündürə bilər. Seçkilər başa çatdıqdan sonra isə Vaşinqtonun yenidən asanlıqla vəziyyəti qızışdırması mümkündür. Amma bu, Rusiyanın əlini gücləndirəcək və Moskva mövcud vəziyyətdən mümkün qədər istifadə etməyə çalışacaq. Əlbəttə, bunlar sadəcə ehtimaldır, amma utopiya da deyil. Ukraynadakı müharibə müvəqqəti dayandırıla bilər. Dayandırılmasa belə, döyüşlərin tempi aşağı düşəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İsmayıllıda FACİƏ: 25 gün əvvəl doğulan körpə ölü tapıldı

İsmayıllıda körpə müəmmalı şəkildə ölüb.   Sfera.az bildirir ki, hadisə Qaraqaya kəndində qeydə alınıb.   25 gün əvvəl Bakı şəhərindəki xə...

Üç prokurorluq əməkdaşı vəzifədən azad olunub

Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşı intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunub.   Sfera.az xəbər verir ki, bu haqda ...

"Yalı çapkını"ndan sonra bu serialda rol alacaq -FOTO

Türkiyəli aktrisa Beril Pozamın yeni işi bəlli olub.   Sfera.az xəbər verir ki, aktrisa "Kıskanmak" serialında rol alacaq. O, ekran iş...

1 yaşlı qızını amansızlıqla öldürən ataya AĞIR CƏZA VERİLDİ

Bakıda bir yaşlı qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Valeriy Tolmaçevin cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.   Sfera.az xəbər verir...

DTX-nin saxladığı Talışxanovun məhkəməsi başladı

Dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilən Mirədalət Talışxanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə mə...

Ərdoğan Suriya rəhbəri ilə telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Əhməd Əl Şaraa ilə telefon danışığı aparıb.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu barə...