“İrəvan yeni təxribatlara əl ata bilər” - ŞƏRH 

“İrəvan yeni təxribatlara əl ata bilər” - ŞƏRH 

AŞPA ilə bağlı prosesin arxasında Fransa dayanır.

 

Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, qurum Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi istiqamətində intensiv danışıqlar apara, bizə qarşı bu siyasətə getməyə bilərdi:

 

“Hazırda Ermənistan hakimiyyətində bu, “diplomatik qələbə” kimi qəbul edilir. Amma İrəvan bununla sülh müqaviləsi istiqamətində aparılan danışıqlara zərbə vurur. Ermənistan sülh müqaviləsində maraqlı olsaydı, beynəlxalq təşkilatlarda anti-Azərbaycan siyasətinə son qoyardı. Məqsədləri bizə qarşı beynəlxalq təzyiqləri maksimum formalaşdırmaq və öz şərtləri ilə sülh müqaviləsi bağlamağa nail olmaqdır”.

 

Ekpsert bildirib ki, AŞPA-nın ədalətsiz mövqeyi regionda yeni problemlərə yol aça bilər. Onun sözlərinə görə, İrəvanın bundan istifadə edərək təxribatlara əl atması mümkündür.

 

Günay


OXŞAR XƏBƏRLƏR