Tramp Baydeni qabaqlayır – Yeni anket sorğusu

Tramp Baydeni qabaqlayır – Yeni anket sorğusu

ABŞ-də “Reuters”in keçirdiyi yeni sorğunun nəticələrinə görə, Respublikaçılar Partiyasının namizədi olacağı gözlənilən Donald Tramp Demokratlar Partiyasından olan Prezident Co Baydeni altı pillə qabaqlayır.


Sfera.az xatırladır ki, ABŞ-də prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. 


Sorğu Trampın öndə olduğunu göstərsə də seçicilərin önəmli hissəsinin hələ də qərarsız olduğunu üzə çıxarıb. 


Ölkə üzrə 1250 ABŞ vətəndaşı arasında aparılan sorğu göstərib ki, Bayden seçicilərin 34 faizinin, Tramp 40 faizinin səsini ala bilir. Qalan 26 faiz iştirakçı qərarsızdır, yaxud başqa bir namizədə səs vermək istəyir. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR