İstanbulda Türkiyə və Britaniya XİN başçılarının görüşü oldu

İstanbulda Türkiyə və Britaniya XİN başçılarının görüşü oldu

Türkiyənin xarici işlər naziri Hakan Fidanla Böyük Britaniyanın xarici siyasət idarəsinin rəhbəri David Kameron arasında yanvarın 26-da İstanbulda keçirilən görüşdə müzakirə olunan məsələlər açıqlanıb.

 

Sfera.az xəbər verir ki, tərəflər regional və ikitərəfli məsələləri, o cümlədən Qəzzadakı vəziyyəti müzakirə ediblər.

 

Nazirlər həmçinin NATO daxilindəki əməkdaşlıq barədə danışıblar.

 

D.Kameron İsveçin NATO-ya üzvlüyünün ratifikasiyasına görə həmkarına təşəkkür edib. (Report)

 

***

 

14:48

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İstanbulda Böyük Britaniyanın xarici işlər naziri David Kameronla görüşüb.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

 

Nazirlərin hansı məsələləri müzakirə etdikləri hələ ki, açıqlanmayıb.

 

Onların birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.

 

Qeyd edək ki, D.Kameron Yaxın Şərq turnesi çərçivəsində dünən İsraildə səfərdə olub. (Report)


OXŞAR XƏBƏRLƏR