Varlı ailədə doğuldu, vəkil olmaqdan imtina etdi, filmi... – 46 yaşlı Zelenski haqqında MARAQLI FAKTLAR 

Varlı ailədə doğuldu, vəkil olmaqdan imtina etdi, filmi... – 46 yaşlı Zelenski haqqında MARAQLI FAKTLAR 

Bir neçə ildir, dünyada əsas siyasi fiqurlardan birinə çevrilən Ukrayna lideri Volodimir Zelenskinin doğum günüdür. O, 1978-ci ilin məhz bu günündə Krivoy Roq şəhərində anadan olub.

 

Sfera.az Ukrayna lideri ilə bağlı maraqlı məlumatları təqdim edir.

 

Aktyorluqdan prezidentliyə - Zelenski 2019-cu ildə prezident seçilməmişdən əvvəl aktyor və komediya ustası olub. O, 2018-ci ilin oktyabrında antikorrupsiya seçki kampaniyasına başlayıb. Bu isə ona əhəmiyyətli dəstək və böyük izləyici qazandırıb. Həmin zaman Zelenski siyasi arenada naşı olsa da, səmərəli təbliğat-təşviqat kampaniyası sayəsində möhkəm seçici bazası qazanıb və beləliklə, 2019-cu ildə keçirilən seçkilərdə qalib gələrək Ukraynanın 6-cı prezidenti olub.

 

Ziyalı və varlı ailə - O, varlı və ziyalı ailədə dünyaya göz açıb. İbtidai məktəbə başlamazdan əvvəl atasının işi ilə əlaqədar Monqolustanın ikinci böyük şəhəri olan Erdenetdə yaşayıb. Atası Oleksandr Zelenski professor və texnika elmləri doktoru, anası Rimma Zelenskaya isə mühəndisdir.

 

İlk yəhudi prezident - Zelenski həm də Ukraynanın ilk yəhudi prezidenti kimi tarixə düşüb. O, üç fərqli dildə sərbəst danışa bilir: rus, ukrayna və ingilis dillərində. Volodimir 16 yaşında ingilis dili imtahanında əldə etdiyi müvəffəqiyyətlə İsraildə təhsil almaq üçün təqaüd qazanıb. Lakin atası onun İsrailə getməsinə icazə verməyib.

 

Hüquqşünas ola bilərdi, amma... - 2000-ci ildə Zelenski Kiyev Milli İqtisadiyyat Universitetində hüquq üzrə təhsil alıb. Lakin o, məzun olduğu fakültə üzrə karyera qurmağı seçməyib və aktyorluğa üstünlük verib. Bu peşə onun üçün həqiqətən böyük bir ehtiras idi. Ona görə də Zelenski arzularının ardınca getməyi seçib.

 

Sevdiyi qadınla evləndi – Ukraynanın birinci xanımı Yelena Zelenskaya əri ilə eyni ildə - 1978-ci ildə Krivov Roqda anadan olub. Yelena gələcək əri və Ukrayna prezidenti ilə paralel sinifdə oxusa da, onlar daha sonra tanış olub. Cütlüyün yaxından tanışlığı tələbəlik illərinə söykənir. Zelenski və Yelena 2003-cü ilin sentyabrında ailə həyatı qurublar. Onların Aleksandra adlı qızı və Kiril adlı oğlu var.

 

14 filmdə rolu var - Onun ilk filmi “No Love in the City” 2009-cu ildə ekranlara çıxıb. Daha sonra müxtəlif illərdə 13 fərqli filmdə rol alıb. Bunlardan başqa Zelenski bir çox filmlərdə səsləndirmə də edib. Onun rejissoru olduğu “Svatı” komediya serialı 2017-ci ildə Ukraynada qadağan edilib. Lakin sonradan 2019-cu ildə məhkəmənin qərarı ilə qadağa götürülüb. Digər maraqlı faktlardan biri də 2015-ci ildə “Xalqın xidmətçisi” adlı serialda iştirakı ilə bağlıdır. Burada o, kasıb müəllimdən ölkənin prezidentinə çevrilir. Onun yazdığı, rol aldığı və prodüseri olduğu məşhur serialın 2019-cu ildə reallığa çevriləcəyini heç kim, hətta özü də proqnozlaşdıra bilməzdi.

 

“Ukraynanın Trampı” - Zelenski Ukrayna prezidenti olanda çoxları onu “Ukraynanın Donald Trampı” adlandırırdı. Buna səbəb isə hər ikisinin keçmişdə əyləncə sektorunda olmasıdır.

 

Rusiya ordusunda xidmət edən baba – Zelenskinin babası Semyon İvanoviç Zelenski İkinci Dünya Müharibəsi illərində Rusiyada Qırmızı Orduda xidmət edib. Semyon və üç qardaşı faşistlərə qarşı silaha sarılsa da, yalnız babası sağ qalıb.

 

“Babam İkinci Dünya Müharibəsindən sağ çıxdı, qələbədə onun da payı var idi”, - Zelenski deyib. Volodimir onların döyüşdə və ya nasistlərin 1 milyondan çox Ukrayna yəhudisinin genişmiqyaslı qətliamında həlak olub-olmadığını dəqiqləşdirməyib. Onun sözlərinə görə, nənəsi yəhudilərin Qazaxıstana təxliyəsi zamanı qaçıb və müharibədən sonra isə o, Krivoy Roqa qayıdaraq müəllim kimi işləyib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İranda avtobus qəzası olub, 8 nəfər ölüb

İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.   Sfera.az “Report”a istinadən xəbər ...

Bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

İyulun 20-22-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, bu haqda xəbərdarlığı ...

Əfsanəvi “KVN”çinin adı şöhrət xiyabanına yazıldı - FOTO

“Bakılı oğlanlar” KVN komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun xatirəsinə şöhrət ulduzu verilib.   Sfera.az Bizim.Media-ya istin...

Dünya liderləri İlham Əliyevdən çox şey öyrənə bilər - Sergey Markov

Dünya liderləri Prezident İlham Əliyevdən çox şey öyrənə bilər, zəfərin sirrinin nədən ibarət olduğunu anlayarlar.   Sfera.az Trend-ə istinadən xəbər...

Odlar Yurdu Universitetinin nümayəndələri Çinə səfər ediblər - FOTO

Odlar Yurdu Universitetinin Tədrisin təşkili və yeni təlim texnologiyaları üzrə prorektoru, dosent Qabil Qafarovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Re...

Moskvadakı Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər

"Moskva vilayətindəki Azərbaycan diasporu fəaliyyətini dayandıra bilər".   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, bu haqda Azərbayca...