Macarıstandan İsveçin NATO-ya üzvlüyü ilə bağlı MÜHÜM AÇIQLAMA 

Macarıstandan İsveçin NATO-ya üzvlüyü ilə bağlı MÜHÜM AÇIQLAMA 

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyünü təsdiqləyəndən sonra Macarıstanın mövqeyi gündəm olub.

 

Sfera.az bildirir ki, Macarıstanın Baş naziri Viktor Orban ilk fürsətdə deputatları İsveçin üzvlüyünü təsdiqləməyə çağıracağını söyləyib. Bunun ardınca ölkə parlamentinin sədri Laszlo Kover açıqlama verib. Parlamenti çağırmaq üçün xüsusi bir təcili vəziyyət olmadığını deyən Kover fikirlərini bu cür davam etdirib:

 

“Üstəlik, bunun fövqəladə bir durum olduğunu düşünmürəm. Digər tərəfdən, Macarıstanın maraqlarına davamlı qarşı çıxan müxalifət partiyalarından birinin növbədənkənar iclas çağıracağına da şübhə etmirəm. Lakin bu, güman ki, uğursuz olacaq”.

 

Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci ildə Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Finlandiya 2023-cü ildə blokun 31-ci üzvü olub. Türkiyə parlamenti isə İsveçin NATO-ya üzvlüyünü yanvarın 23-də təsdiqləyib.

 

Rəsmi Stokholmun NATO üzvünə çevrilməsi üçün indi ancaq Macarıstanın ratifikasiyasına ehtiyacı var.

 

Günay


OXŞAR XƏBƏRLƏR