"Gecikmiş yardım paketləri, Trampın hakimiyyətə qayıdışı..." - Ukrayna savaşının nəticəsi ilə bağlı ÜÇ SSENARİ

“Ukrayna-Rusiya münaqişənin üç mümkün nəticəsi ola bilər”.

 

Sfera.az bildirir ki, bunu İsveç Müdafiə Araşdırmaları Agentliyinin tədqiqat direktoru Robert Furter deyib.

 

Onun sözlərinə görə, ya tərəflərdən biri qalib gələcək ya da savaş nəticəsiz qalacaq:

 

“Ötən yay Ukrayna əks-hücumu uğursuz oldu. Qərbin Kiyevə dəstəyi azaldı. Bu amillər nəzərə alınarsa, Rusiyanın qələbəsi daha inandırıcı görünür. Kremlin bu münaqişədə əsas qələbə şansı mübarizəni davam etdirmək istəyi və Qərbin yorulması, Ukraynanın enerjisinin tükənməsindən asılıdır. Həmçinin, Avropa İttifaqı və ABŞ Konqresinin gecikmiş yardım paketləri, Donald Trampın hakimiyyətə qayıdışı perspektivi və döyüşlərə görə Ukrayna daxilində parçalanma əlamətlərinin artması kimi hallar da Kreml üçün ümidvericidir”.

 

Tədqiqatçı Ukraynanın qələbə ehtimalından da söz açıb:

 

“Ukraynanın Rusiyaya hərbi və ya siyasi zərbəsi aydındır. Lakin bunun nə qədər ağır olub-olmaması önəmlidir. Kiyevin qələbəsi indi daha uzaq bir ehtimal kimi görünür. Rusiyanın cənubda və şərqdə müdafiəsi davam edir, Kreml daha çox qoşun və texnikanı səfərbər edə bilib, neft ixracı hesabına iqtisadiyyatını bərpa edib”.

 

R.Furter bildirib ki, hazırkı vəziyyətdə üçüncü ssenari daha mümkün görünür:

 

“Yəni, heç-heçə...Əlbəttə, tərəflərin müzakirələr yolu ilə təmin olunan bir fasiləyə ehtiyacı olacaq. Ukraynanın işğal olunmuş ərazilərin itirilməsini qəbul edəcəyi sabit və davamlı sülh qeyri-mümkün görünür”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...

Sulu qar yağacaq – Xəbərdarlıq

Azərbaycanın rayonlarında müşahidə olunan yağıntılı hava şəraitinin mayın 17-dək fasilələrlə davam edəcəyi, şimşək çaxacağı gözlənilir.   Bu barədə&n...

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 13-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə,  Abşeron ya...

Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı - FOTO

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Bayram Muradov məhkəmə qərarını icra etmədiyinə görə cəzalandırılıb.   Sfera.az qafqazinfo.az-a ...

Azərbaycanda unun topdansatış qiymətləri AÇIQLANDI

Bu günə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşero...