"AŞPA-nın qərəzli qətnaməsi Azərbaycan-Ermənistan sülhünə mane ola bilər" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə əməkdaşlığını dayandırıb. Buna səbəb AŞPA-nın Azərbaycana qarşı qərəzli Qətnamə qəbul etməsi olub. Qətnamədəki məsələlərdən biri Azərbaycanın keçirdiyi antiterror əməliyyatları nəticəsində "ermənilərin qaçqın düşməsi" ilə bağlı iddiadır. Əslində isə Azərbaycan Qarabağ ermənilərini qovmayıb, hətta onların reinteqrasiyası üçün çalışıb, lakin ermənilər Azərbaycan vətəndaşı olmaq istəmədikləri üçün könüllü şəkildə Qarabağı tərk ediblər. Bu zaman da onlara qarşı heç bir qeyri-insanı davranış sərgilənməyib. 

 

AŞPA-nın qərəzli qətnaməsi 76 lehinə, 10 əleyhinə və 4 bitərəf səs olmaqla qəbul edilib. Azərbaycanın əleyhinə səs verən dövlətlər arasında Ermənistan da var. Bu da Ermənistanın qətnamədəki “Dağlıq Qarabağda humanitar vəziyyət” bəndini də qəbul etdiyi mənasını verir.

 

Bəs Ermənistanın bu mövqeyi sülh sazişinin bağlanmasına necə təsir edəcək?

 

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən REAL partiyasının icra katibi Natiq Cəfərli bildirib ki, AŞPA-nın Azərbaycan-Ermənistan məsələsi ilə bağlı münasibəti təmamilə qəbuledilməzdir:

 

"Qətnamədə Laçın dəhzili və ermənilərin, guya, qaçqın düşməsi kimi haqsız iddialar qeyd olunub. Bu, Azərbaycan-Ermənistan münasibətlərinə də böyük zərbə vurur. Bu məsələləri həll etməkdənsə, artıq tarixə qovuşmuş "Dağlıq Qarabağ" mövzusunu gündəmə gətirməklə böyük səhv edirlər”. 

 

Partiya rəsmisi qeyd edib ki, Avropa institutları sülhün tezliklə bərqərar olması üçün çalışmalı idilər:


 

 

“Ukrayna da ərazi bütövlüyü və suverenliyini bərpa etmək üçün mübarizə aparır. Avropa institutları Ukraynaya silah da, vəsait də, siyasi dəstək də verirlər. Azərbaycan isə öz ərazi bütövlüyü və suverenliyini öz hesabına, qurduğu ittifaqlar gücünə bərpa edib. Buna sevinib, dəstək verib, sülh yönümlü addımlar atmaqdansa, haqsız yerə ittihamlar mənasızdır”.

 

Siyasətçinin fikrincə, bu hadisələr sülhə mane olan prosesə çevrilə bilər:

 

“Lakin bu, o demək deyil ki, sülh danışıqları təmamilə dayanacaq. Mən əminəm ki, Azərbaycan və Ermənistan müxtəlif platformalarda sülh danışıqlarını davam etdirəcəklər”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin qəzasının səbəbi... - Qazaxıstan

AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı ibtidai istintaqın məlumatları açıqlanmır.   Sfera.az xəbər verir ki, bu b...

"Qızlar oxusun, güclü olsunlar" - Malyar qadının hekayəsi...

Cəmiyyətimizdə qadınlar müxtəlif sahələrdə çalışaraq həm ailələrini dolandırır, həm də həyatın çətinliklərinə sinə gərirlər. Bəzən kişilərin belə çətinlik çəkdi...

Sabah Bakıda 26° isti olacaq

Mayın 13-də gözlənilən hava proqnozu açıqlanıb.   Bakıda və Abşeron yarımadasında hava necə olacaq?   Milli Hidrometeorologiya Xidmətindən...

Zelenski sülh çağırışı etdi, Rusiya Ukraynanı vurdu

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putini görüşə çağırdıqdan bir neçə saat sonra Moskva Ukraynaya qarşı PUA-larla hücumlarını bərp...

Maşını pulsuz necə park etmək olar? – Rəsmi

Paytaxt Bakıda avtomobilini şəhərin bəzi ərazilərində park etmək istəyən sürücülər müəyyən məbləğ ödəyirlər. Bu məbləğ ərazi və zonalardan asılı olaraq dəyişir....

Tiktoker İlhamənin məhkəməsi başladı

“TikTok”da özünü şairə kimi təqdim edən, narkotik ittihamı ilə həbs edilən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib...