“Rusiya məhbusların həyatı ilə oyun oynayır” - Zelenski 

“Rusiya məhbusların həyatı ilə oyun oynayır” - Zelenski 

Ukrayna prezidenti Volodimir Zelenski əsir götürülən 65 ukraynalı əsgərin olduğu Rusiya hərbi nəqliyyat təyyarəsinin vurulmasından və onların hamısının öldürülməsindən sonra Rusiyanı ittiham edib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.

 

Zelenski bildirib ki, Rusiya ukraynalı məhbusların həyatı ilə oyun oynayır: “Ukraynaya Rusiya tərəfindən Belqorod üzərində “təhlükəsiz hava məkanının təmin edilməsi” barədə məlumat verilməyib. Rusiya ərazisinə düşən təyyarə ilə bağlı dəqiq faktlar üzə çıxmalıdır”.

 

Qeyd edək ki, içərisində 65 ukraynalı hərbi əsir, 6 rus ekipaj üzvü və 3 rus əsgəri olmaqla 74 nəfərin olduğu "İlyuşin İl-76" hərbi təyyarəsi Rusiyanın Belqorod şəhəri yaxınlığında, Ukrayna sərhədindən cəmi 40 kilometr şimalda vurulub.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR