AŞPA-dan Bakı ilə bağlı QƏRAR

AŞPA-dan Bakı ilə bağlı QƏRAR

​​​​​​Avropa Şurası Parlament Assambleyası Azərbaycanın Avropa Şurasına üzvlüyündən irəli gələn “əsas öhdəlikləri yerinə yetirmədiyi” qənaətinə gələrək, sessiyanın açılışı günü etiraz edilən Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar qəbul edib.

 

Sfera.az xəbər verir ki, bu barədə AŞPA-nın saytında yayılan məlumatda bildirilib.

 

Qeyd edilib ki, Azərbaycanın azad və ədalətli seçkilər keçirmək qabiliyyəti, hakimiyyət bölgüsü, qanunverici orqanın icra hakimiyyəti qarşısında zəifliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və insan hüquqlarına hörmətlə bağlı çox ciddi narahatlıqlar qalmaqdadır.

 

“Assambleya “Dağlıq Qarabağdakı vəziyyəti” də misal çəkərək, Azərbaycan rəhbərliyinin Laçın dəhlizindən azad və təhlükəsiz keçidin olmamasından irəli gələn “çox ciddi humanitar və insan haqları nəticələrini etiraf etmədiyini” qeyd edib və Assambleyanın sentyabr hadisələrini pislədiyini xatırladıb.

 

Nəhayət, parlamentarilər Assambleya ilə “əməkdaşlığın olmamasına” dair bir sıra misallar gətiriblər, o cümlədən onun monitorinqi üzrə məruzəçilərinə siyasi motivli ittihamlarla saxlanılan şəxslərlə görüşə icazə verilməməsi, Assambleyanın qarşıdan gələn prezident seçkilərini müşahidə etməyə dəvət olunmaması, seçkilər və AŞPA-nın digər məruzəçilərinin ölkəyə səfərlərinin rədd edilməsi və s.

 

“Reqlamentdə nəzərdə tutulmuş şərtlər yerinə yetirildikdə, Azərbaycan nümayəndə heyəti Assambleyadakı fəaliyyətini bərpa edə bilər”, - deyə deputatlar bildiriblər.

 

İldə bir dəfə AŞPA-nın hər bir hissə-sessiyasının açılış günündə milli parlamentlər öz nümayəndə heyətlərinin etimadnaməsini təqdim etməyə dəvət olunur. Azərbaycan parlamenti olan Milli Məclis on iki nəfərlik nümayəndə heyətinin etimadnaməsini təqdim edib.

 

Bugünkü qərar yalnız Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olmaqda davam edir”, - məlumatda bildirilib.

Qətnamə bu gün 76 lehinə, 10 əleyhinə və 4 bitərəf olmaqla qəbul edilib


OXŞAR XƏBƏRLƏR

"Sumqayıt" Vaqif Cavadovla yollarını ayırdı

"Sumqayıt" baş məşqçisi Vaqif Cavadovla yollarını ayırıb.   "Gənclik şəhəri" təmsilçisindən Sfera.az-a verilən məlumata görə...

İkardi "dəli olacaq" - "Qalatasaray"dan Vandaya gözlənilməz sürpriz - FOTO

Türkiyənin məşhur futbol klubu "Galatasaray" uzun müddətdir zədə səbəbilə komandadan ayrı olan ulduz futbolçusu İcardinin keçmiş həyat yoldaşı Va...

Qadını ilk görüşdə fəth edən 4 nadir kişi keyfiyyəti

Bu xarakter xüsusiyyətləri qadınları yalnız cəlb etmir, həm də dərin və davamlı cazibə yaradır. Onlar kişini qadın üçün dayanılmaz edən gizli sirrlərdir. Cəmiyy...

Əhaliyə xəbərdarlıq: “Hazır olun!” – Qarşıdakı 3 ayda…

Bu il aprel ayında və mayın əvvəlində Azərbaycanda müşahidə olunan intensiv və davamlı yağıntılar əvvəlki iqlim göstəriciləri ilə müqayisədə fərqlilik yaradıb. ...

Abituriyentlər belə aldadılır - DİM açıqlama

Son vaxtlar sosial şəbəkələrin monitorinqi göstərir ki, İnstaqram, Tiktok və xüsusilə Teleramda saxta hesablar vasitəsilə ödəniş müqabilində universitetlərdə kə...

Azərbaycan şərabçılığının unikal xüsusiyyətləri - "Forbes" yazır...

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Azərbayacan şərabları haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda...