CHP-nin yeni sədri Kılıçdaroğluya MÖHTAC OLDU: "Xahiş edirəm..."
Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel və partiyanın keçmiş sədri Kamal Kılıçdaroğlu arasında görüş olub.
Sfera.az xəbər verir ki, görüşdə bələdiyyə seçkiləri müzakirə olunub.
Əldə edilən məlumata əsasən, Özgür Özel Kılıçdaroğludan seçki kampaniyası üçün meydanlara çıxmasını xahiş edib. Onun həmçinin ələvilərin səslərini almaq üçün Kılıçdaroğludan dəstək istədiyi bildirilir.
Kılıçdaroğlunun isə Özelə namizəd seçimi barədə emosional davranmamaları, güclü namizədlər seçmələri ilə bağlı tövsiyə verdiyi qeyd olunur.
İddiaya əsasən, Kılıçdaroğlu ictimaiyyətdə nüfuzu olan namizədlərin müəyyənləşdirilməsinin vacibliyini vurğulayaraq, bələdiyyə seçkilərindəki namizədlərin gücünün parlament seçkilərinə birbaşa təsir edəcəyini diqqətə çatdırıb.
Həmçinin Kılıçdaroğlu Özeldən ona yaxın adamların fikirlərini nəzərə almasını istəyib və birliyi yalnız bu şəkildə təmin etməyin mümkünlüyünü bildirib. O, bütün partiya üzvlərini inklüziv olmağa çağırıb.
Görüşdən sonra Özgür Özel CHP-nin qrup toplantısında Kılıçdaroğlu ilə görüşündən söz açmayıb. O, seçkilərə soyuq yanaşan seçiciləri səsvermədə iştirak etməyə çağırıb.
Əzizə Zeynal