"Təəssüf edirik, aydındır ki..." - Rusiyadan Türkiyənin İsveçlə bağlı razılığına REAKSİYA

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa Türkiyənin İsveçin NATO-ya üzv olmasına razılıq verməsi barədə danışıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Çepa deyib ki, Türkiyə istədiyi hər şeyi əldə edib:

 

“Biz yalnız bunun baş verdiyinə görə təəssüflənə bilərik. Bir il yarımdan çox Türkiyə razılaşmayaraq, Avropa Birliyində bəzi üstünlüklər istəmişdi. Aydındır ki, o, hər şeyi əldə edib”.

 

Eyni zamanda, Çepa qeyd edib ki, İsveçin NATO-ya daxil olma vaxtı Şimali Atlantika Alyansı və ölkənin özündən asılıdır.

 

Qeyd edək ki, yanvarın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsini sadə səs çoxluğu ilə təsdiqləyib. İndi müvafiq fərman imzalanmaq üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq.

 

İsveç Rusiya və Ukrayna arasında hərbi münaqişənin başlanması fonunda 2022-ci ildə Finlandiya ilə birlikdə NATO-ya daxil olmaq üçün ərizə təqdim edib.

 

Əvvəlcə Türkiyə İsveçin NATO-ya daxil olmasına qarşı çıxıb. Buna səbəb Stokholmdakı Türkiyə səfirliyi yaxınlığında etirazçıların Quran nüsxəsini yandırdıqları etiraz aksiyası olub.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək - VİDEO

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək "Qış təlimi - 2025" bi...

İnstaqramın fəaliyyətində problem yarandı

Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin fəaliyyətində problemlər müşahidə olunur.   Sfera.az xəbər verir ki, bu barədə məşhur...

Çimnaz Sultanova vəfat etdi

Aktrisa Çimnaz Sultanova vəfat edib.   Sfera.az bildirir ki, aktrisa bağırsaq xərçəngindən dünyasını dəyişib.   Mərhum sabah dəfn ediləcək...

Çoxəsrlik ənənəni pozur: Mişel Obama Trampın andiçmə mərasimində iştirak etməyəcək

ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama gələn həftə yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasimində iştirak etməyəcək. Bu barədə xanım Obamanın ofis...

Ərdoğan Suriya XİN başçısını qəbul etdi

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybanini qəbul edib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə med...

Hava yollarındakı görünməyən təhlükə:Uçuşlara təsir edir...

Son dövrlərdə dünya üzrə baş verən təyyarə qəzaları və texniki nasazlıqlar bir çox sualları gündəmə gətirir. Xüsusilə də bəzi mütəxəssislər və müzakirəçilə...