Ermənidən betər erməni olanlar…

Ermənidən betər erməni olanlar…

Çox qəribə bir mənzərənin içərisindəyik. Korrupsiyalaşan, demokratiya və fundamental insan haqlarını təpiklər altına atan, Rusiyanın qarşısında az qala varlığını itirən Avropa deyilən məkanda fəaliyyət göstərən Avropa İttifaqı, Avropa Parlamenti və bunlara canla-başla qoşulan AŞPA qarğa-quzğun kimi üzərimizə gəlməkdədi. Rabitəsiz, biri-digərini təkzib edən bəyanatlarla çıxış edən C.Borel Makrondan aldığı təlimata uyğun bütün hədləri keçərək Azərbaycana qarşı hədyanlar yağdırmaqdan yorulmaq bilmir, Avropa Parlamenti illərdi ki, ölkəmizi hədəfə alıb, haqsız, ədalətsiz mövqeyini siyasi fəaliyyətinin prioritetinə çevirib, vaxtilə Köçəryan və Sarkisyan kimi canilərə qucaq açıb, tribuna verən, onların təkəbbürlü, torpaqlarımızı işgal etməklə lovğalanan bu əbləhləri alqışlayan AŞPA nəhayət iç üzünü, xristian təssübkeşliyini, islamofob və anti-Azərbaycan mövqeyini nümayiş etdirdi, heç bir əsas olmadan nümayəndə heyətimizin etimadnaməsini təsdiqləmədi. Bunları yandıran, yandıqca qəzəbləndirib quduzlaşdıran bizim erməni vandalları və onları illərlə himayə edənlər üzərində TARİXİ QƏLƏBƏMİZDİR, ZƏFƏRİMİZDİR.

 

Laçın sərhəd buraxılış məntəqəsi önündə günlərlə dayanıb, burunlarından vurulub geri qayıtmalarının acısını unuda bilmirlər. Ayrı-ayrı ölkələrə təcavüz edən və harınlaşan, erməni puluna şərəflərini satan bu parazitlər gərək qarşılarında ləyaqətli, güclü və qətiyyətli xalqın 20 Yanvar 1990-cı ildən başlamış 20 sentyabr 2023-cü ilə qədər AZADLIQ, ƏRAZİ BÜTÖVLÜYÜ və SUVERENLİK uğrunda verdiyi 30 min şəhidinin qəhrəmanlıqlarını unutmamalı idilər.

 

2001-ci ildən AŞPA-nın üzvüyük. Bir-iki haqqa söykənən sənədlər istisna olunmaqla 19 ildə erməni işğalına, onların törətdikləri vəhşiliklərə görə prinsipial və ədalətli mövqe tutmayan, əksinə ən müxtəlif formada ermənilərin yanında yer alan və yer almaqda davam edən, ermənidən betər erməni libasını geyinən belə bir “xristian kulubu”nun  üzvü olmağa dəyərmi?!

 

Fəzail Ağamalı,

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri


OXŞAR XƏBƏRLƏR