İsrail-HƏMAS münaqişəsində MÜHÜM İRƏLİLƏYİŞ: “Razılaşma ola bilər”

Siyasət
12:00 / 24.01.2024
5502
HƏMAS İsraillə razılaşmaya hazır olduğunu bəyan edib.
Sfera.az bildirir ki, bu barədə “The Wall Street Journal” Misir rəsmilərinə istinadən yazıb.
Qeyd olunub ki, hərəkat əsirlikdə olan mülki qadın və uşaqların azad edilməsi ilə bağlı anlaşmanı nəzərdə tutub.
“Bu təşəbbüs HƏMAS tərəfində əhəmiyyətli dəyişikliyin olduğunu göstərir. Lakin İsrail rəsmiləri Misir və Qətərli həmkarlarına danışıqlarda irəliləyişə şübhə ilə yanaşdıqlarını bildiriblər. Digər tərəfdən, razılaşmanın əsas prinsiplərini müzakirə etməyə hazır olduqlarını qeyd ediblər”, - nəşr əlavə edib.
Günay