Ararat Mirzoyan sülh sazişi üçün üç əsas prinsipin olduğunu dedi

Siyasət
16:20 / 23.01.2024
11007
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh sazişi üçün üç əsas prinsipin olduğunu deyib.
Sfera.az xəbər verir ki, o, bu barədə keçirdiyi mətbuat konfransında danışıb.
Nazir qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır: “Sərhəd SSRİ-nin səlahiyyətli orqanları tərəfindən yaradılmış və möhkəm hüquqi bazaya malik xəritələr əsasında müəyyən edilməlidir. Bu reallığı əks etdirən ən yeni xəritələr 1974-78-ci illərdəki xəritələrdir. Həmçinin, kommunikasiya xətləri suverenlik prinsipləri əsasında açılmalıdır”.