Dunya Miyatoviç Avropa Şurasına Azərbaycanla bağlı ÇAĞIRIŞ ETDİ

Dunya Miyatoviç Avropa Şurasına Azərbaycanla bağlı ÇAĞIRIŞ ETDİ

“Avropa Şurası Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün çalışmalıdır”.

 

Sfera.az xəbər verir ki, bu fikirləri Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan qış sessiyası zamanı bildirib.

 

“Mən Qarabağa səfərim zamanı gözəl və barışığa böyük ehtiyacı olan təbiət gördüm. Tövsiyəm budur ki, Avropa Şurası iki ölkə arasında sülhün yaranması üçün fəaliyyəti gücləndirsin”, - komissar deyib.

 

D.Miyatoviç vurğulayıb ki, hər iki tərəf etnik mənşəyindən, millətindən asılı olmayaraq insan hüquqlarına hörmət əsasında sülhün bərpası üçün çalışmalıdır.

 

“Beynəlxalq təşkilatlarin fəaliyyəti yalnız o zaman effektiv olar ki, hər iki tərəf əməkdaşlıq etsin və sülh üzərində birgə işləsin”, - komissar əlavə edib. (Report)


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...