“Seçkilərdə İlham Əliyevə alternativ yoxdur” - Lalə Şövkət 

“Seçkilərdə İlham Əliyevə alternativ yoxdur” - Lalə Şövkət 

“Növbədənkənar prezident seçkilərində bu gün İlham Əliyevə alternativ yoxdur”. 


Sfera.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında tanınmış siyasətçi, ləğv edilmiş Azərbaycan Liberal Partiyasının keçmiş lideri Lalə Şövkət bildirib. 


“Mən həmişə qaraya qara, ağa ağ demişəm. Qarabağın azad olunması İlham Əliyevin böyük tarixi nailiyyətidir. Bunu heç kim dana bilməz. Ələlxüsus, Şuşanın azad olunması hər bir azərbaycanlının əlçatmaz və ən böyük arzusu idi. Şuşanın hər birimiz üçün mistik əhəmiyyəti var. Azərbaycan Qarabağsız, Şuşasız tam canlı ola bilməzdi.


Bu çox çətin işi İlham Əliyev milləti səfərbər edərək həll etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Onların ruhu daim bizimlə olacaq. Bu məsələnin həllinin hərbi, xüsusən də geosiyasi razılıq baxımından nə qədər müşkül olduğunu mən bir siyasətçi kimi yaxşı bilirəm. Bu labirintdən Azərbaycan məharətlə çıxdı. Bu da sözsüz ki, İlham Əliyevin böyük diplomatik uğurudur”, - deyə Lalə Şövkət vurğulayıb. 


O, hazırda ölkəni təhlükədən qorumağın olduqca böyük məsuliyyət tələb etdiyini bildirib: 


“Amma bununla bərabər Azərbaycanın daxili siyasətində problemlər çoxdur. Onların arasında təxirəsalınmaz məsələlər də var. İstərdim ki, bunlar da tezliklə həll olunsun. İndiki ədalətsiz, qəddar, alovlanan dünyada ölkəni hər təhlükədən qorumaq böyük məsuliyyət və məharət tələb edir. Ona görə də, biz millət olaraq hər şeyə hazır olmalıyıq. Sayıq və ehtiyatlı davranmalıyıq. Bu bizim hər birimizdən asılıdır”. 

 

Xatırladaq ki, Lalə Şövkət 1993-cü il iyulun 7-də Azərbaycanın dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və ilk dəfə Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaradıb. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib və Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib. Lakin bundan imtina edib. 

 

3 iyun 1995-ci ildə Lalə Şövkətin rəhbərliyi ilə Azərbaycan Liberal Partiyasının təsis konfransı keçirilib. Təsis konfransında Lalə Şövkət ALP-nin sədri seçilib. 7 iyun 2003-də partiya sədrliyindən istefa verib. 

O, 2005-ci ildə keçirilən parlament seçkilərində Milli Birlik Hərəkatı və Azərbaycan Liberal Partiyasının lideri olaraq qələbə qazansa da, rəsmən millət vəkili mandatından imtina edib. 

Azərbaycan Liberal Partiyası isə 24 iyun 2023-cü ildə özünü buraxdığını elan edib. 


OXŞAR XƏBƏRLƏR

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...