Məhəmməd peyğəmbəri təhqir edən deputat: "İslam simvolları qadağan edilsin!"

Məhəmməd peyğəmbəri təhqir edən deputat:

İsveç parlamentinin deputatı Riçard Yomshof İslam simvollarının qadağan edilməsinə dair çağırış edib.

 

Sfera.az xəbər verir ki, isveçli deputat, parlamentin ədliyyə komitəsinin sədri Riçard Yomshof ictimai yerlərdə islami simvollardan istifadəni qadağan etməyin daha uyğun olduğunu deyib:

 

“Aydındır ki, minarələr də, aypara da İslamın simvollarıdır. Bir çox insanın nöqteyi-nəzərindən, o cümlədən mənim fikrimcə, bu çox təhlükəli və çox pis bir şeydir. Belə bir məhdudiyyət sözsüz ki, irəliyə doğru atılmış mühüm addımdır”.

 

Eyni zamanda, deputat qeyd edib ki, o, “islamı nasizmlə eyniləşdirmir”, İslam simvollarının təhlükəsindən danışır:

 

“Mənim üçün örtünmək islama aid bir xüsusiyyətdir. Bilirəm ki, bir çox insanlar və qadınlar da eyni düşünürlər".

 

Xatırladaq ki, Yomshof ötən il sosial media hesabında Quranın yandırılması ilə bağlı təxribatların qarşısını almaq üçün İsveçdə yaşayan müsəlmanların dialoq çağırışlarına Məhəmməd peyğəmbəri təhqir edən açıqlamalarla cavab vermişdi.

 

İnci


OXŞAR XƏBƏRLƏR

İşdən çıxarılan direktorun başqa vəzifəsi var imiş

Xəbər verdiyimiz kimi, Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibli işdən çıxarılıb. Direktor yayılan səsyazısında "Son ...

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...