Rusiyalı tarixçidən Fransanı qəzəbləndirəcək İDDİA: “O şəhər bizim olmalıdır”

Siyasət
14:28 / 22.01.2024
4903
“Nitsa sahillərinin bir hissəsi Rusiyanın dövlət mülkiyyətinə keçə bilər”.
Sfera.az bildirir ki, bu iddia ilə rusiyalı tarixçi Aleksandr Kruşelnitski çıxış edib. O, bu barədə “RBC”yə açıqlamasında danışıb. Tarixçi qeyd edib ki, 19-20-ci əsrlərdə Nitsa sahillərinin böyük hissəsi imperator ailəsinə məxsus olub:
“Bu daşınmaz əmlak təkcə malikanələrdən, qalalardan və birbaşa onlara bitişik torpaq sahələrindən ibarət deyildi. Həmçinin meşə, ov sahələri, gözəl panoramalı yerlər də var idi”.
A.Kruşelnitski əlavə edib ki, Qüdsdəki binalar və istehsal müəssisələri də Rusiya dövlət mülkiyyətinin mümkün obyektləri ola bilər.
Qeyd edək ki, Nitsa Avropa qitəsinin cənubunda və Fransanın cənub-şərq hissəsində yerləşir.
Türkan