Ron DeSantisin Çörçill ilə bağlı yalanı üzə çıxdı: "Ona aid deyil!"

Ron DeSantisin Çörçill ilə bağlı yalanı üzə çıxdı:

ABŞ prezidentliyinə namizəd olmuş Ron DeSantis Böyük Britaniyanın sabiq naziri, məşhur yazıçı Çörçillə aid olduğunu iddia etdiyi sitat gətirib. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Florida qubernatoru Ron DeSantis bunu ABŞ prezident seçkiləri kampaniyasının başa çatdığını elan etdiyi çıxışında edib.

 

DeSantis "Uğur son deyil, uğursuzluq ölümcül deyil. Əsas olan davam etmək üçün cəsarətdir" - deyərək mübarizəni davam etdirməyin vacibliyini nəzərə çatdırmaq istəyib.

 

Video yayımlandıqdan sonra sosial şəbəkə istifadəçiləri bu sitatın Britaniyanın keçmiş Baş nazirinə aid olduğuna dair heç bir dəlil olmadığını qeyd ediblər. Siyasətçinin irsini araşdıran Beynəlxalq Çörçill Cəmiyyəti (ICS) də sitatın sabiq Baş nazirə aid olmadığını təsdiqləyib:

 

“Biz bunu Çörçill tərəfindən deyilmədiyini onun bütün kitabları, çıxışları və məqalələri daxil olmaqla, əlli milyon sözünün hərtərəfli tədqiqinə əsaslanaraq iddia edirik”.

 

Qeyd edək ki, DeSantis yanvarın 21-i axşam prezidentlik kampaniyasından çıxdığını elan edib. Siyasətçi qeyd edib ki, onunla fikir ayrılıqlarını etiraf etsə də, partiya üzvü Donald Trampı dəstəkləyəcək .

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Hava ilə bağlı XƏBƏRDARLIQ! – BU TARİXƏDƏK…

İyulun 20-22-də bəzi bölgələrdə güclü külək əsəcək.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb...

Çimərliklərdə dəniz suyunun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, iyulun 21-də şi...

Sosial media fenomeni vəfat etdi - FOTO

Bir dövr sosial mediada tanınaraq məşhurlaşan "Çello Mustafa" ləqəbli Mustafa Anıl Yıldırım keçirdiyi yol qəzası nəticəsində həyatını itirib.  ...

İlham Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

“Tehranla Bakı arasında münasibətlər çox yaxşı səviyyədədir, İranla münasibətlərimiz əladır və bu əlaqələr davam edəcək. Bu yaxınlarda İran Prezidenti Məs...

Polis istirahət mərkəzlərində profilaktik tədbirlər həyata keçirir

Ölkə ərazisində davam edən isti hava şəraiti ilə əlaqədar insanların istirahət mərkəzlərinə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyin...

Novxanıda dənizdə batan yeniyetmələrin FOTOSU

Abşeron rayonunun Novxanı kəndində dənizdə batan iki nəfər 16 yaşlı yeniyetmələrdir.   Sfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Kosayev Tacir...