"III Dünya müharibəsinə yaxınıq, onlar ABŞ-dən qovulacaq" - Tramp SÖZ VERDİ

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp Respublikaçılar Partiyasından namizəd olmaq hüququ uğrunda mübarizədəki rəqibini – Birləşmiş Ştatların BMT- dəki keçmiş nümayəndəsi və Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heylini daim müharibələrə başlamaq istəməkdə ittiham edib. 


Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, siyasətçi ABŞ-dən bu kimi insanları qovacağına söz verib.

 

 “Biz hər zaman müharibəyə başlamaq istəyən insanları qovacağıq. Nikki onlardan biridir"-, Tramp qeyd edib.

 

Tramp həmçinin bildirib ki, ABŞ III Dünya müharibəsinə hamının düşündüyündən daha yaxındır. Siyasətçi Yaxın Şərqdə artan gərginliyi tənqid edib və prezident seçkilərində qələbə qazandıqdan dərhal sonra Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib.

 

Bundan əvvəl Florida qubernatoru, respublikaçı Ron DeSantis ABŞ-də prezident seçkiləri üçün yarışdan geri çəkildiyini açıqlamışdı. O qeyd edib ki, onunla fikir ayrılıqlarını etiraf etsə də, partiya yoldaşı Trampı dəstəkləyəcək.

 

Yanvarın 16-da isə amerikalı sahibkar və ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami Ayova ştatında keçirilən praymerizdən sonra seçki yarışından çəkilib və Trampı dəstəkləyib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Global Finance” ABB-ni ölkə üzrə“İlin ən yaxşı bankı” seçdi!

Dünyanın məşhur “Global Finance” jurnalı “İlin ən yaxşı bankı” mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 5 ildə 3-cü dəfə ölkə üz...

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk e...

"Putin və Zelenski görüş keçirə bilər" - Stiv Vitkoff

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında yaxın gələcəkdə görüşün baş tuta...

ChatGPT YENİLƏNDİ - Bu funksiyalar istifadəyə verildi

"OpenAI" məşhur süni intellekt əsaslı chatbotu olan "ChatGPT" üçün bir sıra yeniliklər təqdim edib.   Sfera.az xəbər verir k...

Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...

Bakıda 5 manatlıq yolu 435 manata aparan daha bir "Bolt" sürücüsü barədə məhkəmə qərar verib.   Sfera.az Qaynarinfo.az-a istinadən xəb...

Prezident Türkiyə Milli Təhlükəsizlik Şurasının Baş katibini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.  ...