\"Türkiyə bizə Qarabağ şərti qoyub\"

\

"Ermənistan-Türkiyə sərhədlərinin açılması ilkin şərtlər olmadan yalnız İrəvan və Ankaranın birgə istəyi ilə baş tuta bilər”

Sfera.az xəbər verir ki, bu sözləri Ermənistan prezident Serj Sarkisyan Rusiyanın "Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyovla müsahibəsində deyib.

"Ola bilsin ki, mən populyar olmayan nümunə göstərirəm, lakin istənilən toy və ya ailənin yaradılması hər iki tərəfin razılığı ilə baş tutur. Burada məsələnin 50%-nin həll olmasından danışmaq olmaz, bu, elə hal deyil. Sərhədlərin açılması bizdən asılı məsələ deyil”, - deyə Sarkisyan bildirib. 

Ermənistan prezidenti sərhədlərin açılması üçün Türkiyənin şərtlər irəli sürdüyünü etiraf edib: "Türkiyə şərt qoyub ki, ən azından işğal olunan bir rayon Azərbaycana qaytarılmalıdır. Yəni Təhlükəsizlik zonasının bir hissəsi. Bu baş versə, türklər münasibət qurmağa, sərhədləri açmağa hazırdılar”.


OXŞAR XƏBƏRLƏR