"Ukraynanın resursları tükənəcək, Rusiya bir neçə həftəyə qalib gələcək" - ABŞ rəsmisi

“Konqres Ukraynaya əlavə yardım göstərməsə, Rusiya bir neçə həftə, ən geci bir neçə ay ərzində müharibədə qalib gələ bilər”. 


Sfera.az xəbər verir ki, bunu çərşənbə günü Konqres liderləri ilə görüşdə Baydenin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və kəşfiyyat direktoru Avril Heyns deyiblər.


“NBC News”un məlumatına görə, görüşdə onlar qeyd ediblər ki, Ukraynanın bəzi hava hücumundan müdafiə və artilleriya resursları yaxın həftələrdə tükənəcək. 


Sallivan Ukraynanın vəziyyətinin il ərzində daha da çətinləşəcəyini vurğulayıb. O, Konqres üzvlərinə Ukraynanın döyüş sursatlarının hansı müddətdə bitəcəyinə dair dəqiq tarixləri təqdim edib. 


Ağ Ev rəsmiləri həmçinin konqresmenlərə bildiriblər ki, Ukraynaya yardımın olmaması ABŞ-yə arxalanan digər ölkələri, o cümlədən Yaponiya və Cənubi Koreyanı öz müttəfiqliklərini yenidən düşünməyə vadar edəcək. 


ABŞ hökuməti Ukraynaya əlavə kömək məqsədilə 2023-cü ilin oktyabrında Konqresdən vəsait istəyib. Bu məqsədlə hətta ABŞ Prezidenti Co Bayden Konqres rəhbərliyi ilə görüşərək Ukraynaya yardımın əhəmiyyətini izah edib. Lakin Konqresdə çoxluğa sahib olan respublikaçılar hələ də əlavə yardımın ayrılmasına müsbət yanaşmırlar. 


Vasif


OXŞAR XƏBƏRLƏR

COP29-la bağlı nəqliyyatda mühüm YENİLİK

"COP29-la bağlı nəqliyyat konsepsiyası hazırlanıb".   Bu sözləri COP29 Əməliyyat Şirkətinin Nəqliyyat Departamentinin direktoru Orxan Mahmu...

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...