Sarkisyan İlham Əliyev ilə görüşməyə hazırdır

Sarkisyan İlham Əliyev ilə görüşməyə hazırdır

 

Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın rəhbəri İlham Əliyevilə görüşməyə hazır olduğunu bildirib. 

Oxu.Az xəbər verir ki, bu barədə Sarkisyan "Sputnik Armeniya”ya verdiyi müsahibəsində bildirib. 

"Biz heç bir zaman, heç bir görüşdən - istər prezidentlər, istər xarici işlər nazirləri, istərsə də işgüzar səviyyədə imtina etməmişik. Amma biz bu görüşlərin faydalı olmasının tərəfdarıyıq, nə isə irəliləyiş olsun. İrəliləyiş yoxdursa, əgər biz görüşürük, amma razılaşmalara əməl edilmirsə, bu görüşlərin nə faydası var?”, - Sarkisyan "Rossiya seqodnya” ("Rusiya bu gün”) BİA-nın baş direktoru Dmitri Kiselyova verdiyi müsahibəsində deyib. 

Sarkisyanın sözlərinə görə, erməni tərəfi günü sabah və yaxud da elə bu gün axşam atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizmlərinin yaradılmasına dair sazişi imzalamağa hazırdır. 


OXŞAR XƏBƏRLƏR