Türkiyə parlamentində GƏRGİNLİK: "Bayrağa bez parçası deyə bilməzsən!"

Türkiyə parlamentində GƏRGİNLİK:

Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Leyla Şahin Usta və müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Əli Mahir Başarır arasında bayraq məsələsi ilə bağlı gərginlik yaranıb.

 


Sfera.az xəbər verir ki, gərginliyə səbəb Leyla Şahin Ustanın Əli Mahir Başarıra "Terrora qarşı birgə bəyannaməyə imza atmayacağınızı bildirdiyiniz kimi, sabah da  Türkiyə bayrağına  "bez parçası" deyəcəksiniz" deməsi olub. Bundan sonra Başarır Ustaya çox sərt cavab verib və onun Türkiyə bayrağına "bez parçası" deməsini şiddətlə qınayıb.

 

Jurnalistlərin suallarını cavablandıran Usta parlamentdəki gərginliyin səbəbini açıqlayıb:

 

"Bəyannaməyə imza atmayacaqlarını bildirdilər.Bu ölkənin kürd problemi yoxdur, terror problemi var. Problemi biz həll etmişik".

 

Leyla Şahin CHP-nin qəzəbli davranışlar sərgilədiyini, bunun isə partiyadaxili problemlər və təkbaşına seçkiləri qazana bilməyəcəklərini dərk etmələri ilə bağlı olduğunu bildirib:


“Bunun fərqindədirlər, tək İzmirdə uduzduğumuzu görürlər və bir budaqdan yapışmağa çalışırlar. Terror təşkilatına arxalanan DEM də dəstək verdikləri qollardan biridir. İnsanlar bundan çox narahatdırlar".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...