Novruz bayramında əfv olacaq? - RƏSMİ AÇIQLAMA

Novruz bayramında əfv olacaq? - RƏSMİ AÇIQLAMA

"2023-cü ilin may ayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv sərəncamı oldu. Bu sərəncam 800 nəfərdən çox məhkuma şamil edilib. İl ərzində bir əfv sərəncamı olur. Novruz bayramı ərəfəsində əfv sərəncamının gözlənilməsi ehtimalı zəifdir”.

 

Sfera.az xəbər verir ki, Bu fikirləri Metbuat.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.



Son günlərdə növbədənkənar prezident seçkisi ilə bağlı əfv sərəncamının olub-olmayacağına dair müzakirələrə aydınlıq gətirən Əliməmməd Nuriyev qeyd edib ki, prezident seçkisi baş tutduqdan sonra hər hansı əlamətdar günlərin birindən öncə əfv sərəncamının olma ehtimalı istisna deyil:

 

“Güman edirəm ki, cəmiyyətdə əfv sərəncamının olacağı ilə bağlı fikirlərin yaranmasının səbəbi adətən bir qayda olaraq mart ayında, Novruz bayramı ərəfəsində imzalanması ilə bağlıdır. Hazırda əfvlə bağlı Əfv Komissiyasının iclasları keçirilmir. Çünki, tez-tez əfv sərəncamlarının verilməsi cinayət-hüquq siyasətinin həyata keçirilməsi baxımından məqsədəuyğun sayılmır”.

 

Əliməmməd Nuriyev qeyd edib ki, ölkə başçısı konstitusion səlahiyyətlərinə görə, nə vaxt istəsə, əfv sərəncamı imzalaya bilər:

 

“Prezident seçkiləri yekunlaşdıqdan sonra, Ramazan bayramı və ya digər qarşıdan gələn bayramlarda belə əfv sərəncamı ola bilər. Amma hazırda bu mövzu ilə bağlı qəti fikir söyləmək mümkün deyil. Əfv sərəncamının imzalanması birbaşa ölkə başçısının müstəsna səlahiyyətidir. Odur ki, növbəti vaxtlarda əfv sərəncamının olma ehtimalı var”.


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...