Azərbaycan Respublikasının Dövlət Gerbinin təsdiq olunmasından 31 il ötür

Azərbaycan Respublikasının Dövlət Gerbinin təsdiq olunmasından 31 il ötür

Bu gün Azərbaycan Respublikasının Dövlət Gerbinin təsdiq olunmasından 31 il ötür.

 

Sfera.az xatırladır ki, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə müstəqil dövlətimizin Dövlət Gerbi təsdiq edilib.

 

Azərbaycan Respublikasının Dövlət gerbində qalxan - azərbaycanlıların Şərq xalqlarından biri, Azərbaycanın özünümüdafiə qüdrətinə malik olduğunu, qalxanın üzərindəki dairəvi üç rəng - milli bayrağımızdakı simvolları (türklük, müasirlik, islam), səkkizguşəli ulduz əbədiyyət rəmzi olan Günəşi, alov - “Odlar Yurdu”nu - Azərbaycanı, palıd budaqları - milli hərbi qüdrətimizi, sünbül - Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olan müqəddəs münasibətini, günəşin ağ rəngdə verilməsi isə Azərbaycan dövlətinin sülhsevərliyini, xalqımızın sülh, barış, əmin-amanlıq tərəfdarı olduğunu bildirməyə xidmət edir.

 

Azərbaycan Respublikasının Dövlət gerbində Azərbaycan milli dövlətçiliyinə, eləcə də milli ənənələrinə və ümumbəşəri dəyərlərə əsaslanan simvolikadan geniş istifadə olunub. Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli Dövlət bayrağını bərpa və qəbul etməklə yanaşı, “Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə élan olunması haqqında” (05.02.1991, №20-XII) xüsusi qərar da qəbul etmişdi. 


OXŞAR XƏBƏRLƏR

Pezeşkian ilk dəfə Ermənistanda – Səfərlə hansı mesajlar veriləcək?

İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri gözlənilir. Səfər ABŞ-də gözlənilən Azərbaycan-Ermənistan rəhbərlərinin görüşündən sonra planlaşdırılı...

Bu qidalar xəstəlik mənbəyi imiş - XƏBƏRDARLIQ

Son illərdə sağlam həyat tərzinə üstünlük verənlərin tez-tez seçdiyi bəzi qidaların əslində orqanizmə zərər verə biləcəyi məlum olub.  Sfera.az xəbər ...

Azərbaycanda məktəblər 12 illik olacaq? - AÇIQLAMA

Son günlər ölkədə 12 illik təhsilə keçidlə bağlı geniş müzakirələr aparılır. Bu istiqamətdə müxtəlif fikirlər səsləndirilsə də, rəsmi qərar hələ açıqlanmayıb. ...

57 yaşlı kişi hündürlükdən yıxılıb öldü

Sumqayıtda 57 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb.   Sfera.az-ın məlumata görə, 1968-ci il təvəllüdlü Quliyev Rasim Tofiq oğlu şəhərin 4-cü mikror...

Amerika idxalını bahalaşdırır: Trampın yeni tarif planı

ABŞ Prezidenti Donald Trampın təsdiq etdiyi idxal rüsumları avqustun 7-də qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Trampın fikrincə, yeni tariflərin...

Rusiyaya casusluq etməkdə ittiham olunan hərbçi həbs olundu

ABŞ-də Rusiyaya casusluq etməkdə ittiham olunan hərbçi həbs olunub.   Sfera.az  ABŞ-nin Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, 22 yaşlı T...