"Otuza yaxın ölkə BRİKS-ə qoşulmaqda maraqlıdır" - Lavrov

"20-dən çox, hətta 30-a yaxın ölkənin BRİKS-lə əlaqədə maraqlı olduğunu nəzərə alsaq, biz qlobal üzvlərlə bu inteqrasiyanın çox parlaq gələcəyini görürük".

 

Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın 2023-cü ildə xarici siyasətdə əldə etdiyi əsas nailiyyətlərin nəzərdən keçirilməsinə həsr olunmuş illik mətbuat konfransında deyib.

 

Nazir əlavə edib ki, millətlərüstü qlobal struktur olan BRİKS çoxqütblü dünyanın zənginliyini özündə cəmləşdirir:

 

“Keçən il Cənubi Afrikada keçirilən sammitdə inteqrasiya iştirakçılarının sayının artırılması ilə bağlı qəbul edilmiş qərar BRİKS-in mövqeyini gücləndirmək üçün xüsusilə mühüm addım oldu və yanvarın 1-dən BRİKS-ə sədrlik edən Rusiya, şübhəsiz ki, bu təşkilata xüsusi diqqət yetirəcək. Yeni gələnlərin bizim ümumi işimizə problemsiz qoşulması faktı təkcə BRİKS daxilində deyil, həm də beynəlxalq miqyasda müsbət tendensiyaların güclənməsinə kömək edir, qlobal əksəriyyətin maraqlarına cavab verir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...