Qərb Rusiya ilə müharibəyə BAŞLAYIR: "Krımı geri qaytarmaq üçün..." - TƏFƏRRÜAT

Qərb Rusiya ilə müharibəyə BAŞLAYIR:

Qərb Ukrayna Silahlı Qüvvələrinə (AFU) Krım körpüsünə hücumda kömək etmək niyyətindədir. 

 

Sfera.az xəbər verir ki, bunu “The Hill” nəşri qeyd edib.

 

“Qərbin Qara dənizdə növbəti addımı Kiyevə Krımı vurmaqda kömək etmək və Rusiyanın Ukraynanın cənubunda fəaliyyət göstərən qoşunlara gedən yolunu kəsməkdir”, materialda deyilir.

 

Nəşr Ukrayna Prezidenti Volodimir Zelenskiyə istinadən yazır ki, “Taurus” qanadlı raketləri bu məqsədə çatmağa kömək edə biləcək yeganə Qərb silahıdır.

 

Bundan əvvəl Zelenski Krım uğrunda döyüşü 2024-cü ildə Rusiya Federasiyası ilə münaqişənin mərkəzi adlandırmışdı. O, bölgədən hücumları azaltmaq üçün yarımadanın təcrid edilməsinin vacibliyini vurğulayıb.

 

Xatırladaq ki, ABŞ ordusunun Avropadakı keçmiş komandanı general Ben Hodces Krım körpüsünü dağıtmaqla Krımı təcrid etməyə çağırış edib. Onun fikrincə, bu körpünün dağıdılması oyunun qaydalarını tamamilə dəyişəcək.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Ancelina Coli 16 yaşlı qızı ilə eyni döymə etdirdi

Amerikalı aktrisa və rejissor Ancelina Coli və 16 yaşlı qızı Vivyen eyni döymələr ediblər. Döymə Ancelinanın ilk Broadway tamaşası olan “Les Miserabl...

Əfsanəvi “ABBA” ulduzu 79 yaşında üçüncü dəfə evləndi - FOTO

Əfsanəvi “ABBA” qrupunun ulduzu Byorn Ulvaeus sevgilisi Kristina Saş ilə Kopenhagendə evlənib. Öz təbirincə desək, qadın onun "üçüncü böyük sev...

Rəfiqəsi evində uşaq dünyaya gətirdiyi üçün anadan dəymiş ziyanın ödənilməsini tələb edir

Bir qadın gözlənilməz doğuş hekayəsi haqqında paylaşım edərək, başına gələn bu gülməli hadisədən danışıb. Sfera.az bildirir ki, vaxtından əvvəl doğuş keçir...

Bu məktublar kənd əhalisini qorxuya salıb: Kimin yazdığı bilinmir

Şərqi Yorkşirdə (Böyük Britaniya) gözdən uzaq və sakit Şiptontorp kəndinin sakinləri artıq iki ildir ki, narahatlıq və gərginlik içərisindədirlər. Bu, kəndin po...

Beyninə qan sızan da var, ölən də: Şapalaq yarışları getdikcə populyarlaşır

Slap (şapalaq) yarışı Avropada getdikcə populyarlaşır. “YouTube”da milyonlarla insanın izlədiyi bu yarışlar zamanı bəzi insanların beyin qanaması ol...

Son 10 gündə ikinci: İki məktəbli helikopteri yandırdı

Rusiyanın Omsk şəhərindəki aviabazada iki məktəbli Mi-8 helikopterini yandırıb. Sfera.az bildirir ki, kimsə bunun üçün yeniyetmələrə 20 min dollar ödəyəcəy...