Tahir Budaqovu kim əvəz edir?

Tahir Budaqovu kim əvəz edir?
Kateqoriya məlum deyil
T

Hazırda Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqovun səlahiyyətlərini onun birinci müavini Vahab Məmmədov icra edir.

 

Sfera.az xəbər verir ki, bu barədə DSK-da məlumat verilib.

 

Bildirilib ki, hazırda Dövlət Statistika Komitəsinin sədrinin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədovdur.

 

DSK-dan saytımıza bildirilib ki, hazırda Tahir Budaqov məzuniyyətdə olduğu üçün onu müavini əvəz edir.

 

Qeyd edək ki, T.Budaqov həm də, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəridir.

 

Xatırladaq ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR