Müdafiə naziri Qırğızıstana başsağlığı verdi

Kateqoriya məlum deyil
T
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğızıstana başsağlığı verib.
Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Z.Həsənov yanvarın 17-də təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotova başsağlığı ünvanlayıb.





