Fransadan Azərbaycana qarşı daha bir QƏRƏZLİ ADDIM: “Lazımsız kağız parçalarıdır...” + FOTO

Fransadan Azərbaycana qarşı daha bir QƏRƏZLİ ADDIM: “Lazımsız kağız parçalarıdır...” + FOTO

Bu gün Fransa Senatı Qarabağda keçirilmiş antiterror tədbirlərini pisləyən qətnamə layihəsini müzakirə edəcək. Məlumata görə, qətnamədə Ermənistanın ərazi bütövlüyünə təhdidlərin qarşısının alınması məsələsi də yer alıb.

 

Qeyd olunub ki, qətnamə layihəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinin tələb olunması, Qarabağ ermənilərinin geri qayıtması hüququna təminat verilməsi tələb olunur.

 

Fransanın bu addımı nəyə hesablanıb?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən deputat Azər Badamov deyib ki, Fransa dövləti ermənilərin əlində alətə çevrilib:

 

 

“Onlar ermənilərin xoşuna gəlmək üçün ermənidən çox ermənilik edərək Azərbaycana qarşı qətnamələr qəbul edir, qərəzli fikirlər söyləyir, Natəvanın abidəsinə qarşı vandallıq edirlər. Öz tarixi müstəmləkəçilik, qırğınlar və insanların istismarı ilə zəngin olan bu dövlətin Azərbaycanla bağlı hər hansı bir qətnamə qəbul etməyə, ümumiyyətlə, haqqı yoxdur. Fransa Senatı əvvəllər də Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edib. Amma bunlar bizim üçün lazımsız kağız parçasından başqa bir şey deyil”.

 

Müsahibimiz bildirib ki, Fransanın başında dayananlar ciddi şəxslər deyillər: “O cümlədən, onların qəbul etdikləri kağız parçaları senatın divarları arasından kənara çıxmır. Hazırladıqları, qəbul etdikləri layihələrin dəyərsiz olduğunu bilirlər. Bunun sadəcə onların Azərbaycana qarşı qərəzinin və düşmənçiliyinin bir forması olduğunu hesab edirəm. Fransa Azərbaycanla bağlı bir məsələni müzakirə edəndə çevrilib öz keçmişinə baxsın sonra qətnamələr qəbul etsin”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...