Elnur Allahverdiyev seçiciləri ilə görüşdü - FOTOLAR

Kateqoriya məlum deyil
T
“Bu gün seçicilər və müraciət edən vətəndaşlarımızla ilk görüşümüz oldu”.
Sfera.az bildirir ki, bunu Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib. Millət vəkili bildirib ki, fərqli mövzularda problemlər dinlənilib.
“Qəbula gələn seçicilərimizin məşğulluq, təhsil, səhiyyə məzmunlu çətinlikləri barədə ətraflı məlumat aldıq. Problemləri nəzarətə götürdük, qarşıdakı günlərdə onların çözümü ilə bağlı işlərə başlayacağıq. Bu il də ötən illərdəki kimi seçicilərimizlə görüşlər və səyyar qəbullarda bir araya gəlmək əzmindəyik. Onları narahat edən və maraqlandıran problemlərin həlli üçün yerli və mərkəzi icra orqanları ilə fəal təmaslarımız olacaq”, - deyə o qeyd edib.

























