BMT Baş katibindən ÇAĞIRIŞ: "Vəziyyətin gərginləşməməsi üçün..."
Siyasət
15:10 / 13.01.2024
14664
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Qırmızı dənizdəki hadisələrlə bağlı yazılı açıqlama verib.
Sfera.az xəbər verir ki, Antonio Quterreş Qırmızı dənizdə gəmilərini qoruyan ölkələri beynəlxalq hüquqa riayət etməyə çağırıb.
Açıqlamada, Quterreş BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 2722 saylı qətnaməyə tam əməl olunmasının vacibliyini vurğulayıb. “Qırmızı dənizdə beynəlxalq gəmiçiliyi hədəf alan hücumlar qəbuledilməzdir və bu qlobal təchizat zəncirlərinin təhlükəsizliyinə, qlobal iqtisadi və humanitar vəziyyətə təsir edir. Qırmızı dənizdə vəziyyətin gərginləşməməsi üçün bütün tərəflər hücumu dayandırmalıdır”
Ülkər Abdurahmanlı