Türkiyə şəhidlərinin intiqamını aldı: İraq və Suriya BOMBALANDI 

Türkiyə şəhidlərinin intiqamını aldı: İraq və Suriya BOMBALANDI 

Türkiyə Ordusu İraq və Suriyanın şimalına hava zərbələri endirib.

 

Sfera.az bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

 

Qeyd olunub ki, terrorçuların olduğu ehtimal edilən mağara və sığınacaqlara, o cümlədən Suriyanın şimalındakı neft obyektlərinə zərbələr endirilib. “Metina, Hakurk, Qara və Qəndil bölgələrində terrorçuların hədəflərinə qarşı hava əməliyyatları həyata keçirilib. İraqın şimalında Türk Silahlı Qüvvələrinin əsgərlərinin şəhid olmasından sonra başladılan hava əməliyyatı nəticəsində terrorçulara məxsus 29 hədəf yox edilib”, deyə bildirilib.

 

Məlumata görə, sözügedən əməliyyatlarda çox sayda terrorçu yerli və milli sursatdan maksimum istifadə edilərək zərərsizləşdirilib: “Əməliyyatlar zamanı günahsız insanlara, dost bildiklərimizə, tarixi-mədəni sərvətlərə və ətraf mühitə zərər vurmamaq üçün bütün tədbirlər görülüb”, - nazirlik əlavə edib.

 

Qeyd edək ki, İraqın şimalında “Pence-Kilit” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb.

 

Günay


OXŞAR XƏBƏRLƏR