“Onlar Qırmızı dənizi qan dənizinə çevirməyə çalışırlar” - Ərdoğan

“Onlar Qırmızı dənizi qan dənizinə çevirməyə çalışırlar” - Ərdoğan

“Onlar Qırmızı dənizi qan dənizinə çevirməyə çalışırlar”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O, ABŞ və Böyük Britaniyanı Yəməndə Ənsar Allah (Husi) üsyançı hərəkatına qarşı hücumlarında qeyri-mütənasib gücdən istifadə etməkdə və Qırmızı dənizi “qan dənizinə” çevirmək cəhdində ittiham edib.
    
Qeyd edək ki, ötən gecə ABŞ və Böyük Britaniyanın silahlı qüvvələri Yəmənin bir neçə şəhərində üsyançıların nəzarətində olan mövqelərə aviasiya, hərbi gəmi və sualtı qayıqlardan istifadə edərək zərbələr endirib. ABŞ Prezidenti Co Bayden hərbi əməliyyatın Qırmızı dənizdəki görünməmiş husi hücumlarına cavab olaraq edildiyini və zərbələrin özünümüdafiə məqsədi daşıdığını bildirib. ABŞ Müdafiə Nazirliyinin Mərkəzi Komandanlığı (CENTCOM) isə indiyədək husilərin 16 obyektində 60-dan çox hədəfin vurulduğunu açıqlayıb.


 
Xatırladaq ki, Qəzza zolağında Fələstin-İsrail qarşıdurmasının şiddətlənməsindən sonra husilər İsrail ərazisinə zərbələr endirəcəklərini bildirib, eyni zamanda yəhudi dövləti ilə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməsinə qadağa qoyublar. Təl-Əviv çətin vəziyyətə düşən anklavda Fələstinin HƏMAS radikal qruplaşmasına qarşı hərbi əməliyyatını dayandırıb. CENTCOM-un hesablamalarına görə, yəmənli üsyançı qrup noyabrın ortalarından bəri Qırmızı dənizdə 20-dən çox gəmiyə hücum edib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR