Eyni gündə həm qovulan, həm də vəzifəyə təyin olunan Armen Abazyan kimdir?

Eyni gündə həm qovulan, həm də vəzifəyə təyin olunan Armen Abazyan kimdir?

Bu gün vəzifəsindən azad edilən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanla bağlı qərar verilib.

 

Sfera.az bildirir ki, baş nazir Nikol Paşinyan onu yenidən Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktoru vəzifəsinə təyin edib. Buna səbəb isə yeni qərar olub.

 

Belə ki, 2023-cü il noyabrın 30-da Ermənistan hökumətinin iclasında qəbul edilən qərara əsasən, bundan sonra direktor və müavinlər prezident tərəfindən deyil, baş nazir tərəfindən vəzifəyə təyin və azad ediləcək. Bundan əvvəl isə, Paşinyanın təklifi ilə respublika prezidenti Vaaqn Xaçaturyan sərəncam imzalayaraq Armen Abazyanı vəzifəsindən azad etmişdi.

 

Qeyd edək ki, Armen Abazyan 2020-ci il noyabrın 8-də Ermənistan Respublikasının o zamankı prezidenti Armen Sarkisyanın fərmanı ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə təyin olunub. Bundan əvvəl, 2020-ci il avqustun 12-dən kəşfiyyat xidmətinin rəis müavini vəzifəsində çalışıb. 2023-cü il dekabrın 20-də isə prezidentin sərəncamı ilə Abazyana general-leytenant rütbəsi verilib.

 

Günay


OXŞAR XƏBƏRLƏR