Hikmət Mirzəyev müdafiə nazirinin müavini TƏYİN EDİLDİ - YENİLƏNDİ

Hikmət Mirzəyev müdafiə nazirinin müavini TƏYİN EDİLDİ - YENİLƏNDİ
Kateqoriya məlum deyil
T

Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini təyin olunub.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd edək ki, H.Mirzəyev Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi uğrunda aparılan hərbi əməliyyatların komandanlarından biri olub.

 

***

14:34

 

Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, general-leytenant Ənvər Əfəndiyev Müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı vəzifəsindən azad olunub.

 

Qeyd edək ki, bu barədə xəbəri ilk olaraq pravda.az saytı yayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR