Rusiyanın dondurulmuş aktivləri ilə bağlı AÇIQLAMA: "Ağır nəticələri..."

Rusiyanın dondurulmuş aktivləri ilə bağlı AÇIQLAMA:

Kremlin sözçüsü Dmitri Peskov son günlər müzakirə obyektinə çevrilən məsələyə reaksiya verib.

 

Sfera.az bildirir ki, o, Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.

 

Peskov qeyd edib ki, ABŞ-nin mövqeyi barədə heç kim Moskvaya məlumat verməyib. 

 

Kremlin sözçüsü Vaşinqtonla demək olar ki, heç bir əlaqə kanalının olmadığını da vurğulayıb: “Əlbəttə ki, söhbət təxribat xarakterli bəyanatdan gedir. Bu da bizim əmlaklarımız, aktivlərimizlə bağlı qanunsuz addımlar deməkdir. Amma bunun ağır nəticələri ola bilməz, əvvəl də danışmışdıq”.

 

Xatırladaq ki, bundan əvvəl Ağ Ev nümayəndələrinin Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinə qərar verən qanun layihəsini dəstəklədikləri bildirib. Bu barədə “Bloomberg” məlumat yaymışdı.

 

Günay



 


OXŞAR XƏBƏRLƏR