Aİ və ABŞ Azərbaycanın dostuna QARŞI: Qərb Orbanın Şura prezidenti olmasını niyə İSTƏMİR? 

Aİ və ABŞ Azərbaycanın dostuna QARŞI: Qərb Orbanın Şura prezidenti olmasını niyə İSTƏMİR? 

Şarl Mişelin son qərarı Avropa Birliyi ölkələri arasında çaxnaşma yaradıb.

 

Sfera.az bildirir ki, hazırda Avropa İttifaqı (Aİ) Şurasının prezidentliyinə kimin namizəd olacağı müzakirə obyektinə çevrilib. Qərb analitiklərinin fikrincə, xüsusilə Macarıstanın Baş naziri Viktor Orbanın müvəqqəti olaraq təşkilata rəhbərlik etmək ehtimalı həm də ABŞ-nin ürəyincə deyil.

 

 “Avropa İttifaqı ölkələrinin əksər liderləri Orbanla bağlı mümkün ssenaridən var gücləri ilə yan keçməyə cəhd edəcək”, deyə “Politico” nəşri vurğulayıb.

 

Məşhur nəşr “Euronews” isə son zamanlar Orbanla digər liderlər arasında gərginliyin artdığını xatırladıb: “Hazırda Aİ-nin 27 hökumət başçısının varisin adını çəkmək üçün altı aydan az vaxtı var. Avropa İttifaqı Şurasının prezidentlik vəzifələrinə - təşkilatın iclaslarına sədrlik etmək; üzv dövlətlər arasında həssas büdcə və xarici siyasət qərarları ilə bağlı razılaşmalara vasitəçilik etmək daxildir. Aİ müqavilələrinə əsasən, prezident olmadıqda, Şuraya altı ay müddətində növbəli sədrlik edən ölkə müvəqqəti məsuliyyəti öz üzərinə götürür. Bu o deməkdir ki, varis olmasa, Macarıstan iyulun 1-də rotasiya qaydasında sədrliyə başladıqda Şuraya nəzarət edəcək”.

 

Orbanın ilin ikinci yarısında Brüsseldə nüfuzunu gücləndirməsi ehtimalı Aİ paytaxtında çoxlarını qorxudub. Bu yaxınlarda Pekində Rusiya Prezidenti Vladimir Putinlə səmimi görüntülənən millətçi Baş nazir həm də “Brüsselin baş bəlası” kimi tanınır. Məsələn, ötən ay Viktor Orban Avropa Birliyinin Ukraynaya 50 milyard avroluq yardım qərarına veto qoyub. AB liderlərinin gecə saatlarına qədər davam edən danışıqlarından sonra Baş nazirin vetosunu Avropa Şurasının prezidenti Şarl Mişel də təsdiqləyib. Nəticədə yalnız bir ölkə bu qərarla razılaşa bilməyib və məsələ təxirə salınıb. Bu da Avropa Birliyi ölkələri arasında səs-küyə səbəb olub. 

 

“Euronews”un məlumatına görə, Orban həm də Macarıstandakı yerli auditoriyası arasında avroskeptik əhval-ruhiyyəni gücləndirmək üçün davamlı olaraq Aİ əleyhinə ritorikadan istifadə edir:

 

“Düzdür, Avropa İttifaqı Şurası icraedici səlahiyyətlərə malik deyil. Buna baxmayaraq, Şuraya sədrlik edən Aİ dövləti gündəliyi müəyyənləşdirmək, iclaslara ev sahibliyi etmək, danışıqlara rəhbərlik etmək və səsvermələri təşkil etməklə qurumun fəaliyyətinə əhəmiyyətli təsir göstərə bilər. Prezidentin vəzifələri müvəqqəti olaraq Orbanın əlinə keçərsə, bu, onun 2024-cü ilin son altı ayında Aİ-nin qanunvericilik təqvimini formalaşdırmaq imkanlarını artıracaq”, - nəşr vurğulayıb.

 

Lakin Avropa Birliyi ölkələrinin alternativ seçimləri də var. “Məsələn, 27 lider varis adını müəyyənləşdirə bilmədikləri təqdirdə qaydaları dəyişdirə bilər. Sadə çoxluğu təmsil edən 14 üzv dövlət Orbanın müvəqqəti olaraq prezidentin vəzifələrini üzərinə götürməsinə mane olmaq və başqa bir müvəqqəti rəhbər təyin etmək üçün səs verə bilər”, - xarici analitiklər bildiriblər.

 

Xatırladaq ki, ötən günlərdə Avropa İttifaqının prezidenti Şarl Mişel öz vəzifəsini vaxtından əvvəl tərk etməyi və iyun ayında Avropa Parlamentinə seçkilərdə iştirak etməyi planlaşdırdığını açıqlayıb. Mişel Avropa İttifaqının üçüncü prezidentidir. O, bu vəzifəyə 2019-cu il iyulun 2-də seçilib, həmin ilin dekabrın 1-də vəzifələrinin icrasına başlayıb. 2022-ci il martın 24-də Avropa İttifaqının ölkə liderləri Şarl Mişeli 2022-ci il iyunun 1-dən 2024-cü il noyabrın 30-dək iki il yarımlıq ikinci müddətə Avropa İttifaqı Şurasının prezidenti seçib.

 

Günay

 


OXŞAR XƏBƏRLƏR

Zelenskinin ofisi: "Qələbə planı 5 bənddən ibarətdir və 90 faiz..."

Volodimir Zelenskinin hazırladığı qələbə planına beş bənd daxildir. Onların arasında Qərbdən Kiyevə “müasir silahların” verilməsi də var.   ...

Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin təlimi başladı - FOTO

Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi qulluqçularının iştirakı ilə “Eternity-2024” kompüter dəstəkli komanda-qərargah təlimi başlayıb. ...

Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 23-27 sentyabr tarixlərində Qazaxıstanın paytaxtı Astanada Azərbaycan Mədəniyyəti Günləri keç...

Vağzal və stansiyalarda ödənişsiz “Wi-Fi” olacaq

Yeni dinamik qiymət siyasəti müştərilərə daha geniş seçim verir.   Sfera.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin ...

Şəmkirdə üç nəfəri “tok” vurub öldürdü

Şəmkirdə üç nəfəri elektrik cərəyanı vuraraq öldürüb.   Sfera.az-ın məlumatına görə, hadisə rayonun Könüllü kəndi ərazisində qeydə alınıb.   ...

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycanda sentyabrın 23-ü saat 17:00-a olan faktiki hava açıqlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat ...