"Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın ritorikasında yumşalmalar var” - ŞƏRH

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib. O, bu barədə “Tvnet”ə müsahibəsində danışıb. “Qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək. Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik”.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki,  Zəngəzur dəhlizinin açılması həm siyasi, iqtisadi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir:

 

“Hər şeydən əvvəl Cənubi Qafqaz regionunda əməkdaşlıq mühitinin təmin olunması üçün münbit şərait yaranacaq. O cümlədən, türk dünyasının birləşməsinə təkan veriləcək, Avropa ilə ticarət əlaqələri güclənəcək. Son vaxtlaradək Zəngəzur dəhlizinin açılmasına mane olan əsas məqam Ermənistanın destruktiv mövqeyi idi. Amma xüsusilə, Bakı və İrəvan arasında münasibətlərin normallaşması fonunda qarşı tərəfin ritorikasında yumşalmalar var”.

 

Müsahibimiz bildirib ki, İrəvan Zəngəzur dəhlizinin açılmasına birdən-birə razı olmayacaq:

 

“Ermənistan prosesi mümkün qədər uzatmağa çalışacaq. Həmçinin Tehran da hələ bu məsələdə birmənalı mövqe ortaya qoyub. Amma Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Əlbəttə, Zəngəzur dəhlizi açılacaq, bunun alternativi yoxdur. Türkiyəli nazirin proqnozu gerçəkləşər və 2028-ci ildə Zəngəzur dəhlizi layihəsi tamamilə həyata keçirilərsə, onda dünyanın geosiyasi konyunkturasında tamamilə yeni mənzərə yaranacaq”.

 

Günay



 


OXŞAR XƏBƏRLƏR

Bu nəqliyyatda gedişhaqqı ARTDI - MƏBLƏĞ

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.   Sfera.az report-a istinadən xəbər verir ki, bunu j...

Bu ərazilərlə bağlı sarı xəbərdarlıq edildi - DİQQƏT!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bu ölkədə YENİ TREND - Boşananda da fotosessiya etdirirlər

 Çində cütlüklər həm evlənəndə, həm də boşananda foto çəkdirirlər.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə boşanma mərasi...

"WhatsApp" işlədənlərin NƏZƏRİNƏ - Oktyabrın 1-dən...

"WhatsApp " oktyabrın 1-dən bəzi köhnə telefon modellərini dəstəkləməyəcək.   Sfera.az bu barədə Türkiyə mediasına istinadən...

Rusiya Özbəkistanda AES inşa edir, Bakıya da təklif edəcək? - ŞƏRH

Rusiyanın “Rosatom” şirkəti Özbəkistanla imzaladığı müqavilə əsasında bu ölkədə aşağı güclü atom elektrik stansiyası inşa edəcək. Bu müqavilə Rusiya...

Azərbaycanda əhali mənzil təmirinə nə qədər pul xərcləyir? - STATİSTİKA

Azərbaycan əhalisi ötən il mənzillərin təmirinə 53,3 milyon manat pul xərcləyib.   Sfera.az xəbər verir ki, bir il əvvəlki tarixlə müqayisədə əhalin...