"Bu, İsrailin mövqeyi deyil" - Hersoq Netanyahunu DƏSTƏKLƏMƏDİ

"Fələstinlilərin Qəzzadan çıxarılması hökumətin rəsmi siyasəti deyil, baxmayaraq ki, Baş nazir Benyamin Netanyahu hökumətinin bəzi üzvləri məhz bunu tələb edir".

 

Sfera.az xəbər verir ki, bunu İsrail Prezidenti İshak Hersoq "NBC" telekanalının “Meet the Press” telekanalına müsahibəsində deyib: 

 

“Mən açıq şəkildə, rəsmi və birmənalı şəkildə deyirəm ki, bu, İsrailin mövqeyi deyil. Nazir nə istəsə deyə bilər. Ola bilər ki, bu, mənim xoşuma gəlməsin, amma bu da İsrail siyasətidir”, - Hersoq qeyd edib.

 

HƏMAS-ın 7 oktyabrda İsrailə hücumu və İsrailin Qəzzada antiterror tədbirlərinə başlamasından aylar sonra hər iki tərəfdən ümumi itkilərin sayı 24 000-i ötüb, onların əksəriyyəti Qəzzalıdır. İsrail hökumətindəki bəzi şəxslər Fələstin əhalisinin böyük hissəsinin Qəzzadan köçürülməsinin həll yolunun bir hissəsi ola biləcəyini irəli sürüblər.

 

Birləşmiş Ştatlar isə bu fikrin qəbuledilməz olduğunu bildirib: “Birləşmiş Ştatlar İsrail nazirləri Bezalel Smotriç və Itamar Ben Gvirin fələstinlilərin Qəzzadan kənarda məskunlaşdırılmasını müdafiə edən son bəyanatlarını rədd edir. Bu ritorika qızışdırıcı və məsuliyyətsizdir”, - Dövlət Departamentinin açıqlamasında bildirilib.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Məşhur ssenarist vəfat etdi – Nazir AÇIQLADI + FOTO

Türk filmlərinin önəmli adlarından olan 67 yaşlı Tomris Giritlioğlu dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm nazi...

Məktəblərimizdə jest dilləri tədris oluna bilərmi? - AÇIQLAMA

Bu gün Beynəlxalq Jest Dilləri Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu tarix görmə, eşitmə və danışma...

Bu nəqliyyatda gedişhaqqı ARTDI - MƏBLƏĞ

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.   Sfera.az report-a istinadən xəbər verir ki, bunu j...

Bu ərazilərlə bağlı sarı xəbərdarlıq edildi - DİQQƏT!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bu ölkədə YENİ TREND - Boşananda da fotosessiya etdirirlər

 Çində cütlüklər həm evlənəndə, həm də boşananda foto çəkdirirlər.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə boşanma mərasi...

"WhatsApp" işlədənlərin NƏZƏRİNƏ - Oktyabrın 1-dən...

"WhatsApp " oktyabrın 1-dən bəzi köhnə telefon modellərini dəstəkləməyəcək.   Sfera.az bu barədə Türkiyə mediasına istinadən...