"Kürdlərə insan kimi baxmayanlarla əməkdaşlıq etməyəcəyik" - Tuncer Bakırhan

Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM) həmsədri Tuncer Bakırhan Antalyada partiyasının ilk növbədənkənar qurultayında çıxış edib.

 

Sfera.az xəbər verir ki, Bakırhan partiyanı konqres otağı ilə təmin etməyən CHP Antalya bələdiyyəsinin ünvanına sərt açıqlamalar verib.

 

O, partiyasını yox sayanlarla əməkdaşlıq etməyəcəklərini qeyd edib:

 

"İndi sizdən soruşuram. Antalyada 50 konqres salonu var ikən gəlib şadlıq sarayında havasız yerdə qurultay keçiririk. Səsimizi alıb, bizim səsimiz ilə sultanlıq quracaqsınız, amma kürdlər zal tələb etdikdə verməyəcəksiniz. Antalyada - sizin ünvanınızda sizə səslənirəm: əməkdaşlıq da edərik, gücümüzü də birləşdirərik. Sizin xeyirinizə olan hər masada oturarıq, burada problem yoxdur. Lakin əsla faşistə, irqçiyə, bizə salam və yer verməyənə səs vermərik. CHP-li yoldaşlar da buradadırlar, onların qərargahında da görüşəcəyik. Bizi görməzliyə vuran, bizə insan kimi baxmayan,  AKP (Ədalət və İnkişaf Partiyası) və ya MHP (Milliyyətçi Hərəkat Partiyası) kimi yanaşan insanlara nə səs verəcəyik, nə də onlarla əməkdaşlıq edəcəyik".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Məktəblərimizdə jest dilləri tədris oluna bilərmi? - AÇIQLAMA

Bu gün Beynəlxalq Jest Dilləri Günüdür. Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 2017-ci ilin dekabrında təsis etdiyi bu tarix görmə, eşitmə və danışma...

Bu nəqliyyatda gedişhaqqı ARTDI - MƏBLƏĞ

Sabahdan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır.   Sfera.az report-a istinadən xəbər verir ki, bunu j...

Bu ərazilərlə bağlı sarı xəbərdarlıq edildi - DİQQƏT!

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq ver...

Bu ölkədə YENİ TREND - Boşananda da fotosessiya etdirirlər

 Çində cütlüklər həm evlənəndə, həm də boşananda foto çəkdirirlər.   Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkədə boşanma mərasi...

"WhatsApp" işlədənlərin NƏZƏRİNƏ - Oktyabrın 1-dən...

"WhatsApp " oktyabrın 1-dən bəzi köhnə telefon modellərini dəstəkləməyəcək.   Sfera.az bu barədə Türkiyə mediasına istinadən...

Rusiya Özbəkistanda AES inşa edir, Bakıya da təklif edəcək? - ŞƏRH

Rusiyanın “Rosatom” şirkəti Özbəkistanla imzaladığı müqavilə əsasında bu ölkədə aşağı güclü atom elektrik stansiyası inşa edəcək. Bu müqavilə Rusiya...