"Bayden III Dünya müharibəsini başladacaq və ABŞ-ni..." - ŞOK İDDİA

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp ölkənin hazırkı lideri Co Baydenin prezident seçkilərindən əvvəl III Dünya müharibəsini başlada və ABŞ-ni məhv edə biləcəyini deyib.
Sfera.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Seçkilərə yaxın olsaq da, on ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər”, - siyasətçi bildirib.
Trampın sözlərinə görə, o, Ukrayna və Yaxın Şərqdə münaqişələrə heç vaxt imkan verməzdi, çünki Baydendən fərqli olaraq, dünya liderləri ilə necə anlaşacağını bilir.
Keçmiş Amerika lideri özünü ABŞ-ni xilas etməyə qadir olan yeganə namizəd də adlandırıb.
Bayden bir müddət əvvəl Donald Trampın prezident seçkilərində qalib gəlməsinin ABŞ üçün bir sıra təhlükələr yaradacağını bildirmişdi. Ağ Evin hazırkı rəhbəri hesab edir ki, Tramp ilk növbədə Amerika demokratiyasını təhdid edir.
Qeyd edək ki, ABŞ-də növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
Əzizə Zeynal