Fransanın bölgədəki "çömçə" siyasəti: "Sülhə mane olmaq üçün..." - AÇIQLAMA

Fransanın bölgədəki

Fransanın Ermənistandakı səfiri Olivye Dekottinyi sosial şəbəkələrdəki profillərində erməniləri Milad bayramı münasibətilə erməni dilində təbrik edib.


“Sizi müqəddəs Milad münasibətilə təbrik edirəm. Ürəyim torpaqlarından qovulmuş, bayramı evlərindən uzaqda qarşılayan qarabağlı erməni qaçqınlarladır”,  - səfir təbrikində qeyd edib.

 

Bu təbrik Fransanın Cənubi Qafqazda sülhün və stabilliyin bərqərar olmasını istəmədiyinin sübutudur.


Bəs buna səbəb nədir?


Mövzu ilə bağlı Sfera.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Fransanın Ermənistandakı səfirinin erməniləri təbrik edərkən işlətdiyi ifadələr xüsusilə də, Qarabağ məsələsinə toxunması, Qarabağ erməniləri ilə bağlı səsləndirdiyi fikirlər bu ölkənin Azərbaycana qarşı qərəzli siyasətini davam etdirdiyini bir daha göstərir:


“Ermənistanla sülh müqavləsi bağlamağa hazırlaşarkən Fransa bölgədəki münaqişəni yenidən qızışdırmağa çalışır. Bu hal özünü Fransanın Ermənistanı silahlandırmasında, erməni xalqına ünvanladığı təbrikdə açıq şəkildə göstərir. Fransa Azərbaycanla Ermənsitan arasında bağlanacaq sülh müqaviləsinə mane olmağa çalışır. Bu ölkənin məkrli siyasətində bölgədə təxribatların davam etdirilməsi dayanır. Qeyd etdiyim addımlarla Fransa Cənubi Qafqazda möhkəmlənməyə çalışır”.


Deputat bildirib ki, ölkəmizin inkişafı, siyasi əlaqələrinin genişlənməsi Fransanı ciddi surətdə narahat edir:


“Fransanın ölkəmizə qarşı qərəzli siyasəti iki ölkə arasında yaranmaqda olan etimadı zədələməkdədir. Lakin bu kimi addımlar sülh yolunda başlatdığımız işlərə mane ola biməz”.


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

ABŞ İranla danışıqlara açıqdır - Ağ Ev

ABŞ prezident administrasiyasının nümayəndəsi Korolayn Livit deyib ki, Prezident Donald Tramp İranla bağlı fikirlərini açıq şəkildə bildirib. Livit qeyd edib ki...

Prezident Şuşa Forumundakı çıxışını paylaşdığına görə Donald Trampa təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa öz sosial şəbəkəsində onun Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə təşəkkür edi...

Bu il azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 2025-ci ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təq...

Suriya böhranı Almaniyaya sıçradı: Düsseldorfda qarşıdurma - VİDEO

Yaxın Şərqdəki qarşıdurmalar Avropaya keçib. Almaniyanın Düsseldorf şəhərində Dürzi icmasının tərəfdarları ilə Suriya rejimini dəstəkləyən qruplar arasında toqq...

İnfeksiyalar insan ölümünü 60 faiz artıracaq – Tədqiqat

Böyük Britaniya hökumətinin maliyyələşdirdiyi yeni tədqiqat göstərir ki, antibiotiklərin təsirinə qarşı dözümlü olan bəzi zərərli mikrooqrqanizmlər gələcək...

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Sabirabad rayonunun Hacıqabul–Bəhrəmtəpə–Mincivan (10 km)–Sabirabad avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər...