Putin bu il hansı ölkələrə səfər edəcək?

Putin bu il hansı ölkələrə səfər edəcək?

Rusiya prezidenti Vladimir Putin 2024-cü ildə bir neçə ölkəyə səfər edə bilər.

 

Sfera.az bildirir ki, bu barədə TASS xəbər agentliyi məlumat yayıb.

 

Qeyd olunub ki, dövlət başçısı onlarla ölkəyə dəvət edilib. “Kreml Putinin hara səfər edəcəyini hələ açıqlamayıb. Əvvəlki aylarda Putin Braziliya, Burundi, Vyetnam, İraq, İran, Şimali Koreya, Kuba, Monqolustan, Tayland, Türkiyə və digər ölkələrə səfər etmək üçün dəvət alıb. Rusiya Federasiyasının prezidentinin ənənəvi olaraq postsovet məkanı dövlətlərində, o cümlədən Belarusiyada, Tacikistanda və Özbəkistanda olması gözlənilir. Putin bütün çətinliklərə baxmayaraq Ermənistana səfər edə biləcəyini etiraf edib”, deyə TASS vurğulayıb.

 

Agentlik həmçinin bildirib ki, Putinin mümkün xarici səfərlərinin coğrafiyası sadalanan ölkələrlə məhdudlaşmır: “Çünki zərurət yaranarsa, istənilən səfər dərhal razılaşdırıla bilər”.

 

Günay

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbul üçün müsabiqə nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi 2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin...

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir

İyulun 22-də Medianın İnkişafı Agentliyi tərəfindən Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilir.   Sfera.az xəbər v...

Biləsuvar xəstəxanasında azyaşlı öldü

Biləsuvarda əməliyyata gətirilən azyaşlı xəstəxanada ölüb.   Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.   “Daha ö...

Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdi

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə...

İlham Əliyevdən Milli Mətbuatın 150 illiyi ilə bağlı təbrik

Prezident İlham Əliyev Milli Mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrinə müraciət ünvanlayıb.   Sfera.az AZƏRTAC-a istinadən xəbə...

İstanbulda xəstəxana yanır

Türkiyənin İstanbul şəhərinin Sarıyer rayonundakı sümük xəstəlikləri xəstəxanası yanır.   Sfera.az xəbər verir ki, bu barədə "Haber Global"...